Ərdoğan Merkelə maraqlı hədiyyələr verib

24.01.2020 - 16:21

Almaniya kansleri Angela Merkelin Türkiyəyə səfəri başlayıb.

“Report” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, A.Merkel bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Türk-Alman Universitetinin yeni binasının açılış mərasimində iştirak edib.

R.T.Ərdoğan çıxışında Liviyadakı son vəziyyətə toxunaraq sabitliyin təmin edilmədiyi təqdirdə xaosun Aralıq dənizi hövzəsinə təsir edəcəyini bildirib.

A.Merkel isə vaxtilə almaniyalı alimlərin Türkiyəyə sığındığını, indi Türkiyənin milyonlarla suriyalı qaçqına sığınacaq imkanı verdiyini söyləyib. O, Türkiyənin Almaniyanın dəstəyi ilə qaçqınların təhsilinə verdiyi önəmli töhfələrini də vurğulayıb. A.Merkel həmçinin elm və təhsilin insanların yaradıcılıq və azadlığını inkişaf etdirdiyini deyib: “Elm nə qədər azadsa, elmdə qazanılan nəticələr də bir o qədər zəngindir”.

Yeri gəlmişkən, Türkiyə prezidenti mərasimdən öncə Almaniya kanslerinə “Paşabahçe” şirkətinin özəl olaraq hazırladığı saray güzgüsü və dəbilqə hədiyyə edib. Hər iki hədiyyə 24 əyar qızıl, qızıl suyu və digər maddələrdən hazırlanıb. “Paşabahçe”nin məhdud sayda hazırladığı saray güzgüsünün qiyməti 2395 lirə (686 manat), dəbilqəsinin qiyməti isə 1950 lirədir (558 manat).

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141490

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930