Gürcüstan XİN irimiqyaslı kiberhücumlara görə Rusiyanı ittiham edib

20.02.2020 - 20:19

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) ötən il ölkədə fəaliyyət göstərən saytlara qarşı edilən irimiqyaslı kiberhücumlara görə Rusiyanı ittiham edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan XİN-in rəsmi nümayəndəsi Vladimir Konstantinidi bu gün bildirib ki, 2019-cu ilin oktyabrında edilən kiberhücumlar Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının baş idarəsi tərəfindən planlaşdırılıb.

“Gürcüstan tərəfinin beynəlxalq tərəfdaşları ilə apardığı araşdırma nəticəsində əldə edilmiş məlumatlara görə, kiberhücumlar Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının baş idarəsi tərəfindən planlaşdırılıb”, – deyə XİN rəsmisi vurğulayıb.

V. Konstantinidinin sözlərinə görə, kiberhücumlar beynəlxalq qaydalara ziddir, Gürcüstanın ərazi bütövlüyünə təhdiddir, ölkənin demokratik inkişafına və Avropaya inteqrasiyasına qarşıdır.

O, beynəlxalq ictimaiyyəti baş verənlərə qiymət verməyə çağırıb.

Qeyd edək ki, 2019-cu ilin 28 oktyabrında Gürcüstanda Prezident Administrasiyası, məhkəmə sistemi, müxtəlif bələdiyyələr, hökumət və ticarət qurumları, habelə kütləvi informasiya vasitələrinin saytları irimiqyaslı kiberhücumlara məruz qalıb.

Habelə sabiq dövlət başçısı Mixail Saakaşvilinin fotosu “I’ll be back” (“Mən qayıdacağam”) yazısı ilə birlikdə Gürcüstan Prezidentinin rəsmi saytına yerləşdirilib.

Faktla bağlı müvafiq maddələrlə cinayət işi başlanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=142969

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930