Hindistanda nəhəng qızıl yatağının aşkarlanması barədə məlumat təkzib edilib

23.02.2020 - 12:34

Hindistan Geoloji Araşdırmalar Xidmətinin rəhbəri Em Sridhar geoloqların Hindistanın şimalında təxminən 3 min ton ehtiyatı olan iki nəhəng qızıl yatağı aşkarlaması barədə məlumatları təkzib edib.

Mütəxəssis bu barədə “PTI” xəbər agentliyinə bildirib.

“Xidmətdən heç kim belə bir məlumat verməyib. Hindistanın Geoloji Araşdırmalar Xidməti Sonbhadra bölgəsindəki yataqlarda belə böyük qızıl ehtiyatlarının olması barədə qiymətləndirmə verməyib”, – deyə Sridhar bildirib.

O qeyd edib ki, adı çəkilən ərazidə 1998-1999 və 1999-2000-ci illərdə kəşfiyyat işləri aparılıb. Əldə olunan məlumatlar qeyri-qənaətbəxş olub. Geoloqların fikrincə, filiz ehtiyatları təxminən 52,8 min ton, qızıl tərkibi isə hər tonda 3,03 qram təşkil edib. Ümumilikdə isə 3 min ton deyil, 160 kq qızıl aşkar olunub.

Qeyd edək ki, bundan əvvəl “PTI” agentliyi Uttar Pradeş əyalətinin geoloji xidmətinin işçisinə istinadən xəbər vermişdi ki, Sonbhadra rayonunda ümumi dəyəri 167 milyard dollar olan və 3 min ton qızılın olduğu iki qızıl yatağı aşkar edilib. Bu, Hindistanın hazırkı qızıl ehtiyatı ilə müqayisədə, demək olar ki, beş dəfə çoxdur.

APA

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=143105

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930