Putin referendumu təxirə saldı
Rusiya Prezidenti Vladimir Putin koronavirus təhlükəsi ilə bağlı xalqa müraciət edib.
APA nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Prezidenti koronavirus epidemiyasının yayılmasına görə Konstitusiyaya dəyişikliklərlə bağlı aprelin 22-nə təyin olunan ümumxalq səsverməsinin qeyri-müəyyən vaxtadək təxirə salındığını bildirib.
O, ölkə əhalisinin sağlamlığının daha vacib olduğunu söyləyib.
Short URL: https://www.cumhuriyyet.net/?p=144402