“Dünyada pandemiyanın sonunu təxmin etmək hələ tezdir” – ÜST nümayəndəsi

08.04.2020 - 10:46

“Dünyada koronavirus pandemiyasının sonunu təxmin etmək hələ tezdir, iki həftədən sonra bu mövzu barədə danışmaq mümkün olacaq”

APA RİA Novosti-ya istinadən xəbər verir ki, bunu Dünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç “Rossiya-1” telekanalında COVİD-19-un nə vaxt bitəcəyinə dair sualı cavablandırarkən deyib.

O bildirib ki, hazırda müxtəlif ölkələrdə xəstəliyin aradan qaldırılması məqsədilə analizlər və modelləşdirmə işləri aparılır: “Xəstəliyin yükünün azaldılması üçün mümkün vasitələrdən istifadə etməliyik. Hər şey görülən tədbirlərdən və virusun əhalidən necə keçməsindən asılı olacaq. Bəlkə də bu barədə iki həftədən sonra danışmaq mümkün olacaq”.

Koronavirus əleyhinə dərmana gəldikdə, ÜST nümayəndəsi qeyd edib ki, hazırda klinik araşdırmalar aparılır: “Bu günədək koronavirus infeksiyasına qarşı 20 namizəd peyvənd hazırlanıb. Onların klinik araşdırması davam edir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=144942

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930