Ermənilər hələ 100 il öncə Qarabağın işğalına qəpik-qəpik pul yığıb: Tarixi sənəd!

30.05.2020 - 01:13

Ermənilərin tarixin bütün dönəmlərində, eləcə də Cümhuriyyət dövründə Azərbaycan torpaqlarına qəsd etdiyi, bu torpaqları ələ keçirmək üçün hər bir vasitəyə əl atdığı məlumdur. Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu günlərdə ABŞ ermənilərindən birinin 1920-ci ildə işğalçı erməni ordusunun qurulmasına kömək məqsədi ilə o zamankı Ermənistan hökumətinə verdiyi sənəd üzə çıxıb. Sənəddə pulun kim tərəfindən hansı məqsədlə verildiyi, habelə yardıpmın məbləği öz əksini tapıb. 75 dollarlıq yardımın üzə çıxan sənədi Ermənistanın Müdafiə Nazirliyini vəcdə gətirib. Belə ki, bu hadisədən sonra dünya ermənilərinə müraciət edən işğalçı ölkənin Müdafiə Nazirliyi bu cür sənədlərə malik şəxslərdən həmin sənədləri onlara göndərməyi xahiş edib.
Bu sənəd düşmənin hələ 100 il öncə Qarabağın işğalı üçün qəpik-qəpik pul yığdığını, bu məsələdə dünya ermənilərinin gücündən yararlanmağa çalışdığını göstərir. Məlumat üçün xatırladaq ki, məhz bu cür yardımlar əsnasında formalaşan o zamankı erməni ordusu, 1920-ci ilin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti ərazisinə hücum edib, lakin Azərbaycan ordusu tərəfindən darmadağın edilərək geri çəkilməyə məcbur olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=147407

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930