ABŞ-ın 25 böyük şəhərində komendant saatı tətbiq edilib

31.05.2020 - 11:40

ABŞ-ın Minneapolis (Minnesota ştatı) şəhərində afroamerikalı Corc Floydun ölümünün səbəb olduğu etirazlarla əlaqədar ölkənin azı 25 böyük şəhərində komendant saatı tətbiq edilib.

CNN-in məlumatına görə, əhalinin hərəkətinə məhdudiyyət gecə saatlarında Los-Anceles və Beverli-Hillz (Kaliforniya ştatı), Denver (Kolorado), Mayami (Florida), Atlanta (Corciya), Çikaqo (İllinoys), Luisvill (Kentukki), Minneapolis və Sent-Pol (Minnesota), Roçester (Nyu-York), Sinsinnati, Kolumbus, Deyton, Toledo və Klivlend (Ohayo ştatı), Portlend və Yucin (Oreqon ştatı), Filadelfiya və Pitsburq (Pensilvaniya ştatı), Çarlston və Kolumbiya (Cənub Karolina ştatı), Neşvill (Tennessi), Solt-Leyk-Siti (Yuta ştatı), Sietl (Vaşinqton ştatı), Miluoki (Viskonsin ştatı) şəhərlərində tətbiq edilib.

Xatırladaq ki, mayın 25-də internetdə Corc Floydun saxta əskinaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizi ilə onun boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.
(Report.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=147447

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930