KORONAVİRUS GÜRCÜSTANDAKI LABORATORİYADA HAZIRLANIB? – Rusiya hökuməti nədən şübhələnir?

28.06.2020 - 14:49

Çinin Uhan şəhərində “koronavirus partlayışı” baş verməmişdən xeyli əvvəl Rusiya bioloji silah hazırlanması ilə əlaqədar bir ünvandan artıq şübhələnirdi. Beləki, Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında ABŞ tərəfindən maliyyələşdirilən bioloji laboratoriyanın tikilib istifadəyə verilməsindən sonra Moskva müxtəlif nəzəriyyələr qurmağa başlayıb. “AzPolitika.info”nun məlumatına görə, bu barədə İspaniyanın “La Vanguardia” nəşrində dər c olunan məqalədə bildirilib.

Məqalədə daha sonra bildirilir: “Rusiya hökumətinin yüksək vəzifəli məmurları, həmçinin də bu ölkənin hakimiyyətyönlü KİV-ləri təhlükəli eksperimentlər keçirən laboratoriyadan şübhələniblər. Rusiya biloji müharibəyə hazırlıq görülmədiyinəəmin olmaq üçün həmin laboratoriyada yoxlama aparılmasını istəyir.

2003-cü ildə baş tutmuş “qızıl gül” inqilabından sonra Gürcüstan Rusiya ilə məsafə saxlamağa çalışır. Gürcüstan 2008-ci ilin avqustunda Cənubi Osetiyada Rusiya ilə savaşıb. İndi Tbilisi ona qarşı irəli sürülən ittihamları təkzib edərək, bunu dezinformasiya adlandırır.

Bundan başqa, laboratoriyanın əməkdaşları bildirirlər ki, hazırkı epidemiya şəraitində laboratoriyanın fəaliyəti böyük əhəmiyyət kəsb edir. İyun ayının 18-nə olan məlumata görə, Gürcüstanda koronavirusa yoluxanların sayı 888, ölənlərin sayı isə 14 nəfərdir. Gürcüstan regionda koronovirusdan ən az ziyan görən ölkədir.(Hazırda Gürcüstanda koronavirusa yoluxanların sayı 921, ölənlərin sayı isə 14 nəfərdir –“AzPolitika”)

ABŞ diplomatik korpusu ilə görüşən Gürcüstanın baş naziri Georgi Qacariya senator Riçard Luqarın şərəfinə adlandırılan “Luqar laboratoriyası”nın yaradılmasına görə Amerikaya minnətdarlığını bildirib.

O, görüş zamanı deyib: ”Gürcüstanda yoluxma sayının artımı azdır, biz virusa qarşı döyüş hazırlığı vəziyyətindəyik. Pandemiyanın əvvəlində “Luqar laboratoriyası” gün ərzində 100-150 “PCR-Polymerase chain reaction” analizi aparırdı, hazırda gündəlik 4500-ə qədər analiz götürülür.”

İlin sonuna kimi gün ərzində 100 min analiz götürülməsi planlaşdırılır. Laboratoriyanın tikintisi 2004-cü ildə başlayıb və 2013-cü ildə açılaraq, Gürcüstan hökumətinin nəzarətinə verilib. Bu ilin yanvar ayında laboratoriya “covid-19” virusu üzərində təhqiqatlara başlayıb.

Çin və ABŞ virusun yaradılmasında bir-birini günahlandırmağa başlayanda Rusiya KİV-ləri Vaşinqtonun tənqidlərinə qoşulmuşdu.

Bəziləri isə koronavirusun “Luqar laboratoriyası”nda yaradılması ehtimalını irəli sürdülər. Gürcüstanın ictimai sağlamlıq və xəstəliklərə nəzarət mərkəzinin direktoru Paata İmnadze isə bildirib ki, bunlar “adi təbliğatdır”.

Bu ittihamların bəziləri Rusiyada yaşayan və 1990-cı illərdə Gürcüstanın təhlükəsizlik naziri işləmiş İqor Georqadzenin bəyanatlarına söykənir.

İ.Georqadze 2018-ci ildə bildirmişdi ki, “Hepatit C”-nin məxfi anlizlərinin tədqiqi zamanı laboratoriyada 30 nəfər ölüb.O, ABŞ prezidenti Donald Trampdan bu hadisə ilə bağlı araşdırma aparmasını xahiş etmişdi. Lakin Gürcüstan İ.Georqadzenin fikirlərini əsassız sayır.

İqor Georqadze

Rusiyanın ATƏT-dəki səfiri Aleksandr Lukaşeviç keçən həftə deyib ki,bu laboratoriya “virus mutasiyası və bioloji silah” yaradılması məqsədilə tibbi eksperimentlərdən istifadə edir.

Buna cavab olaraq ABŞ səfiri Ceyms Qilmor bildirib ki, Rusiyanın bu cür dezinformasiya yayması məyusedicidir. Digər tərəfdən o əlavə edib ki, laboratoriyada Gürcüstan və Ukraynanın birgə səyi nəticəsində yeni xəstəliklərə qarşı vaksinlərin hazırlanması və təhqiqat işləri aparılır.

Rusiya hökuməti laboratoriyanın fəaliyyəti ilə bağlı dəfələrlə öz şübhələrini ifadə edib və həmin obyektə buraxılmaq üçün sorğu göndərib. Sonuncu dəfə bu cür sorğu mayın axırında verilib.

Rusiya Xarici İşlər Nazirliyindən bildirilib: ”Bizim narahatçılığımızın səbəbi Vaşinqtonun Rusiya sərhədləri yaxınlığında məhz hansı araşdırmalar aparmasını söyləməməsidir. Əlbəttə, milli təhlükəsizlik nöqteyi-nəzərindən biz buna göz yuma bilmərik”

Bundan öncə Rusiya diplomatik korpusu ABŞ-ı həmin laboratoriyada hərbi təhqiqat işləri aparmaqda ittiham etmişdi. Gürcüstan hökuməti isə bəyan edib ki, müvafiq öhdəliyi olmasa da, onlar bioloji silah konvensiyasına uyğun olaraq, rusların da təmsil olunacağı ekspert heyətini qəbul etməyə hazırdır. 2018-ci ilin noyabrında Gürcüstan 17 ölkədən gələn 22 ekspertin iştirakı ilə anoloji beynəlxalq qəbul keçirib.

O zaman Moskva bunu “təbliğat təlimi” adlanıdıraraq iştirakdan boyun qaçırmışdı. Lakin bu gün Moskva yalnız rusların və gürcülərin iştirakı ilə obyektə giriş və sənədlərlə tanış olmağı tələb edir”.

Vaqif Nəsibov

AzPolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=148876

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930