Bayden Trampdan daha populyardır – SORĞU

03.07.2020 - 10:14

Amerika prezidenti Donald Trampın populyarlığı, 2020-ci ilin noyabr ayında keçiriləcək prezident seçkilərində əsas rəqibi, ABŞ-ın sabiq vitse-prezidenti Co Baydendən aşağıdır.

“Report” xəbər verir ki, bu barədə məlumat “Monmut” universitetinin keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

Seçkilər indi keçirilsəydi səsvermə üçün qeydiyyatdan keçən amerikalıların 53 faizi Co Baydeni, 41 faizi isə ABŞ-ın hazırkı prezidenti Donald Trampı dəstəkləyərdi.

ABŞ-ın hazırkı prezidenti respublikaçıları dəstəkləyən amerikalıların 91 faizinin, Co Bayden isə demokratlara rəğbət bəsləyən vətəndaşların 90 faizinin dəstəyinə malikdir.

Qeyd edək ki, ABŞ-da prezident birbaşa seçkilər yolu ilə deyil, seçənlər kollegiyasının səsverməsi ilə müəyyən olunur. Belə sistemdə rəqibinə nisbətən az seçicinin səsini qazanan namizəd də qalib gələ bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149147

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930