Moldova prezidenti parlamenti buraxmaq niyyətindədir

03.07.2020 - 15:36

Moldova Prezidenti İqor Dodon deputatlara rüşvət verilməsini yolverilməz adlandırıb və parlamenti buraxmaq niyyətində olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, belə bəyanatla “Prezident cavab verir” televiziya verilişi zamanı Sosialistlər Partiyası və Demokrat Partiyasından ibarət hakim koalisiyanın deputatlarının kütləvi şəkildə müxalifətə keçməsi səbəbindən çoxluğu itirdiyi qanunverici məclisdəki vəziyyəti şərh edərkən deyib.

“Deputatların rüşvətlə ələ alınması biabırçılıqdır, utancvericidir, parlamentlə, demokratiya ilə və vətəndaşların rəyi ilə məzələnməkdir. Bu parlamentdə artıq 16-17 deputat pulla alınıb. Yaxın gələcəkdə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün lazım olan bütün prosedurları başlatmaq üçün əlimdən gələni edəcəyəm. Bu, yeganə həll yoludur”, – İ.Dodon bildirib.

Onun fikrincə, parlament seçkilərini bu il noyabrın 1-nə təyin olunan prezident seçkiləri ilə birlikdə keçirmək daha rahat olardı.

Prezident qeyd edib ki, fraksiyanı tərk etməsi üçün pul təklif olunan bir neçə sosialist deputat artıq prokurorluğa müraciət edib və məsələ ilə bağlı cinayət işləri başlanılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149198

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031