Türkiyədə fabrikdə partayış

03.07.2020 - 15:53

Türkiyənin Sakariya əyalətinin Hendek rayonunda fişəng fabrikində partlayış baş verib.

“Report” xəbər verir ki, partlayış səsləri 50 km aralıdakı yaşayış məntəqəsində də eşidilib. Sakinlər partlayışı zəlzələ zənn ediblər.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Hadisənin səbəbi hələ ki məluma deyil.

Bildirilib ki, son 11 ildə bu həmin fabrikdə 3-cü partlayışdır. 2009-cu ildə baş verən ilk hadisə nəticəsində bir nəfər ölmüş, 37 nəfər yaralanmışdı. İkinci hadisə 2014-cü ilin dekabrında olub. Nəticədə bir fəhlə ölmüş, 2 fəhlə yaralanmışdı.

Virtualaz.org bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 naziri – Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca və Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlçuqu Sakaryada partlayış baş verən bölgəyə göndərib.

Bundan başqa, Sakarya valisi Çətin Oqtay Qaldırım jurnalistlərə açıqlamasında fabrikin ətrafında təhlükəsizlik tədbirlərinin aparıldığını deyib: “Partlayış davam etdiyi üçün müdaxilə edə bilmirik. Fabrikin sahibindən əldə edilən məlumata görə, içəridə təxminən 150-200 nəfər var”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149214

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930