TÜRKİYƏ HƏRBİ DRONLARI RUSİYAYA QARŞI… – Bu dəfə Ukraynada + VİDEO

04.07.2020 - 15:38

Ukrayna Türkiyədən aldığı hərbi dronların sınaqlarını keçirib. “AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumatda deyilir ki, Ukraynanın Rovno vilayətində keçirilən sınaqlar uğurla başa çatıb. Qeyd olunur ki, Türkiyənin “Bayraktar TB2” hücum dronları Ukrayna ordusu üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki bu dronlar özünü xüsusilə Rusiya istehsalı olan “Pantsir-C1” zenit-raket sistemlərinin qənimi kimi göstərib.

Cari ilin may ayında Liviyada Türkiyə istehsallı bu hücum dronları Rusiya istehsalı olan 9 “Pantsir-C1” zenit-rake sistetmlərini havaya uçurub. Həmin vaxt hərbi ekspertlər bunu türk hərbi texnikasının rus raket sistemi qarşısındakı ciddi üstünlüyü kimi dəyərləndirilmişdilər.

Rusiya mətbuatı isə may ayında türk dronları vasitəsilə “Pantsir-C1” raket sistemlərinə edilən hücumu rus hərbi texnikası üçün “soyqırım” adlandırmışdı. Qeyd edək ki, Türkiyə anti-terror əməliyyatları çərçivəsində Suriyada da dron hücumlarından müvəffəqiyyətlə faydalanıb. Liviyada Rusiya və Fransanın dəstəklədiyi Haftarın qoşunlarının məğlubiyyətində isə Türkiyə hərbi dronları həlledici rol oynamışdı.

Rusiya mətbuatı yazır ki, Ukrayna ilə Rusiya arasındakı qarşıdurma və indiyədək Türk hərbi dronlarının Suriya və Liviyada ümumilikdə 23 ədəd “Pantsir-C1” zenit-raket sistetmini məhv etməsi nəzərə alındıqda, rəsmi Kiyevin məhz “Bayraktar TB2”-ni seçməsi trəsadüfi deyil. Məlumatda deyilir ki, bu dronlar 8 kilometr məsafədən istənilən hədəfi 1 metrədək dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir.

Qeyd olunur ki, cari ilin mart ayında Türkiyə hərbi dronlarının Ukraynada birgə istehsalına dair Ankara ilə Kiyev arasında razılıq əldə olunub. Həmin vaxta qədər isə artıq Ukrayna Türkiyədən altı ədəd “Bayraktar TB-2” alıb ki, onların da sınaqları artıq bu günlərdə həyata keçirilib.

https://www.facebook.com/DefenseExpress/videos/593…

AzPolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149325

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930