Ərdoğan xristian dünyasını qəzəbləndirdi: Ayasofya məscidə döndü, azan oxundu

10.07.2020 - 22:20

Türkiyə Dövlət Hüquq Şurası bu gün – iyunun 10-da Ayasofya muzeyinin yenidən məscid kimi fəaliyyətə başlaması barədə qərar qəbul edib. Məlumatı Türkiyə KİV-i yayıb. Bildirilib ki, 1934-cü il noyabrın 24-də Türkiyə Nazirlər Kabineti Ayasofyanın muzey kimi fəaliyyət göstərməsi haqqında qərar çıxarıb. Məhkəmə hökumətin bu qərarını ləğv edib.
Ölkənin Tarixi Əsərlər və Ətraf Mühitə Xidmət Agentliyi bu qərarın ləğv olunması üçün 2005-ci ildə məhkəməyə şikayət etmişdi. Qeyd edək ki, şikayətdə iki məqama diqqət çəkilib.
Birincisi, Ayasofyanın İstanbulu fəht edən Sultan Mehmet Fatehin mülkiyyəti olduğu və onun vəsiyyəti məscid kimi fəaliyyət göstərdiyi qeyd olunub. Heç kimin bu vəsiyyəti dəyişmək hüququnun olmadığıqeyd edilib.
İkincisi, Türkiyə Nazirlər Kabinetinin Ayasofyanın muzeyə çevrilməsinə dair qərarında Atatürkün imzasının saxtalaşdırıldığı qeyd edilib.
Türkiyə Dövlət Hüquq Şurası uzun araşdırmalardan sonra, şikayətdə haqlı sayıb, Ayasofya muzeyinin yenidən məscid kimi fəaliyyətə başlaması barədə qərar qəbul edib
Türkiyə Dövlət Hüquq Şurasının bu qərarından sonra, Prezident Rəcəb Tayyib Ərdoğan Ayasofiyanın yenidən məscid olması haqda sərəncam imzalayıb.
Sərəncamı sosial media hesabından paylaşan Ərdoğan “Xeyirli olsun” yazıb. Sərəncama görə, Ayasofoya Diyanət İşləri Nazirliyinin sərəncamına verilib.
Qərar Türkiyə Milli Məclisində ayaqda alqışlanıb. Qərardan az sonra Aysofya məscidindən 86 il sinra ilk azan oxunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149652

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930