“İSRAİLİN BU PLANI BÖYÜK TOQQUŞMA YARADACAQ” – İordaniya səfiri ilə MÜSAHİBƏ

11.07.2020 - 11:45

Sami Asem Ğoşeh: “İsrailin planları Fələstin xalqının hüquqlarına açıq təcavüz hesab olunur”

“Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi çox kiçikdir və siyasi əməkdaşlığın həcminə adekvat deyil”

İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Asem Ğoşeh Yaxın Şərqdə baş verən hadisələr, İsrailin Fələstinə qarşı atdığı addımlar, dünyanı bürüyən koronavirus pandemiyası ilə bağlı ölkəsinin gördüyü qabaqlayıcı tədbirlər, İordaniya-Azərbaycan əlaqələri və digər mövzularla bağlı “AzPolitika.info”-ya müsahibə verib.

Səfirlə müsahibəni təqdim edirik:

– Cənab səfir, Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsi ehtimalı var. İsrailin İordan çayının Qərb sahilindəki ərazilərin anneksiyası planları Ammanda da çox ciddi etirazla qarşılanıb. Necə düşnürsünüz, Təl-Əviv bu planlarından geri çəkiləcəkmi, yoxsa yenidən qarşıdurma şiddətlənəcək?

– Hal-hazırda söhbət İsrailin İordan çayının Qərb sahilindəki regionları ilhaq etməsi planları ilə əlaqədar olan bir neçə ssenaridən gedir. Lakin bu ssenarilər nə olursa olsun, Krallığın mövqeyi aydın və dəyişməzdir ki, bunu da Əlahəzrət Kral II Abdullah bildirib. Mövqe ondan ibarətdir ki, böyük bir toqquşma yaradacaq və regionu daha çox gərginliyə sövq edəcək bu planları Krallıq rədd edib. Belə ki, tam suveren, müstəqil və paytaxtı Şərqi-Qüds olmaqla 1967-ci il 4 iyun tarixli sərhədlərində yaşamağa qadir Fələstin Dövlətinin qurulmasına bağlı olan İordaniya Dövləti onun ali strateji maraqlarına toxunan İsrailin bu addımı qarşısında bütün variantları araşdırır. İsrailin planları Fələstin xalqının tarixi, qanuni və siyasi hüquqlarına açıq təcavüz, BMT nizamnaməsinin, beynəlxalq qanunvericiliyin və BMT-nin müvafiq qətnamələrinin kobud şəkildə pozulması hesab olunur. Habelə bu, sülh prosesinin əsaslandığı bütün təməl prinsipləri yox edəcək və irqi ayrı-seçkilik sisteminə əsaslanan vahid dövlətin qurulmasına gətirib çıxaracaq ki, beynəlxalq ictimaiyyətin tamamilə rədd etdiyi də məhz budur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149669

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930