Tramp ABŞ üçün “qızıl dövr” olacağına söz verdi

28.07.2020 - 13:58

ABŞ Prezidenti Donald Tramp tezliklə koronavirus pandemiyası üzərində qələbə qazanacaqlarına və ölkə üçün “qızıl dövrün” başlayacağına söz verib.

“Report” xəbər verir ki, D.Tramp bu barədə “Twitter” səhifəsində yazıb.

O həmçinin ABŞ KİV-ini ölkədəki etirazları işıqlandırarkən qeyri-obyektiv olmaqda günahlandırıb və iğtişaş törədənləri tənqid edib.

“Yalançı KİV Portlend və Sietldəki “etirazçıları” sadəcə gəzintiyə çıxan gözəl, xoş və günahsız insanlar kimi təsvir etməyə çalışır. Əslində isə onlar xəstə və ağılsız anarxistlər və təbliğatçılardır və hüquq-mühafizə orqanları tərəfindən asanlıqla idarə olunurlar. Lakin yuxulu Co Bayden – solçuların kuklası qalib gəlsəydi (prezident seçkilərində – red.) onlar şəhərlərimizi dağıdardı, bəlkə də daha pis olardı. Bazarlar dağılar, şəhərlərsə yanardı. Ölkəmiz heç vaxt olmadığı qədər zərər çəkərdi”, – ABŞ lideri yazıb.

“Tezliklə virusa qalib gələcəyik və qızıl dövrə – heç vaxt olmadığı qədər gözəl zamanlara keçəcəyik”, – D.Tramp fikrini yekunlaşdırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151140

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930