Uyğurlar Türkiyəni şantaj edir və xüsusi imtiyazlar istəyirlər

29.07.2020 - 16:54

Daxili İşlər nazirinin müavini İsmayıl Çataklı Əhməd Davudoğlunun Türkiyənin Tacikistan üzərindən Çinə minlərlə uyğur göndərməyə hazırlaşdığı barədə verdiyi açıqlamanı təkzib edib.

“Uyğur qardaşlarımız sakit ola bilərlər. Bu iddia tamamilə bir yanlışlıqdır!”-deyə İsmayıl Çataklı Tvitter-də yazıb.

Xatırladaq ki, bu günlərdə Türkiyə uyğur müsəlmanlarını Çinin qərbindəki Sintszyan əyaləti ilə qonşu olan, ən azı yüz minlərlə insanın “yenidən tərbiyə düşərgələri”ndə saxlandığı üçüncü ölkələr vasitəsilə Çinə deportasiya etməkdə ittiham olunub.

Ankara uyğur müsəlmanlarını Çinə deportasiya etdiyini inkar etsə də, fəallar Türkiyənin, guya, uyqurların bir hissəsini Tacikistan kimi üçüncü ölkələrə göndərdiklərindən ehtiyat edirlər, çünki Pekinin onların oradan ekstradisiyasına nail olması daha asandır.

Uyğur icması nümayəndələrinin özləri ingilisdilli nəşrlərin səhifələrində yer alan isterikalarını Türkiyənin, uyğur qaçqınlarını Çinə geri deportasiya edəcəyi barədə “hədə” ilə izah ediblər.

Üstəlik, bir qədər özünəməxsus şəkildə hədələyib – hakimiyyət ölkədə yaşamaq üçün icazə almağa ümid edən uyğurların bir neçə müraciətini rədd edib. Qərb mediasında tək Pekini deyil, həm də Ankaranı ləkələmək üçün növbəti təbliğat kampaniyasına başlanılması üçün heç də pis bəhanə deyil.

Ancaq Uyğur ictimai fəalları bu cür davranışa meyllidirlər – ya özlərini qorxudur, ya da aldadırlar. Xatırladaq ki, Türkiyə tarixən, 1960-cı illərdən bəri dini təqiblərdən qaçan uyğurlar üçün etibarlı bir yer olub. Minlərlə uyğur qaçqını Türkiyənin hər yerində yaşayıb və yaşayır.

Bundan başqa, bir müddət əvvəl Ankara “Uyğur türklərinə qarşı Çinin sistematik şəkildə assimilyasiya siyasətini” qınadı və bütün müsəlman uyğurlarını terrorçu kimi ləkələməməyə çağırdı.

“İstər türk, uyğur türkü, çinli-xan, istərsə də buddist və ya xristian olsun… bir və ya iki terrorçunun müəyyən etnik qrupa mənsub olmasına görə bütün uyğur türklərini terrorçular adlandırmaq düzgün deyil. Onların dini və etnik mənsubiyyətinə görə təqib olunması da doğru deyil”,-deyə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu il fevralın 20 – də bildirib.

Virtualaz.org-un əməkdaşı İkram Nur qeyd edir ki, ancaq Uyğur icma fəalları üçün bu kifayət deyil: “Onlar Ankaradan öz toxunulmazlıqlarına və təhlükəsizliklərinə yüz faizlik zəmanət, habelə müstəsna bir mövqe, hər kəs üçün dərhal vətəndaşlıq və Türkiyədə yaşayan hər bir uyğur üçün sosial güzəştlər qoparmaq istəyirlər. Bir sözlə, qalmaqallı publikadır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151253

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930