Xamenei ABŞ-ın sanksiyalarını “cinayət” adlandırdı
ABŞ-ın Tehrana qarşı sanksiyaları ölkə iqtisadiyyatının çökməsinə yönəlmiş cinayətdir.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei deyib.
“Şübhəsiz ki, ABŞ-ın sanksiyaları millətə qarşı böyük bir cinayətdir”, – deyə Ali Rəhbər vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqtonun sanksiyaları İranın tərəqqisinə, xüsusilə elm sahəsində irəliləməsinin qarşısını almağa istiqamətlənib.
Xamenei əlavə edib ki, uzunmüddətli perspektivdə sanksiyalar İran iqtisadiyyatını çökdürmək məqsədi daşıyır.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo İrana qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb. Yeni sanksiyalar İslam Respublikasının nüvə, raket və hərbi proqramları üçün istifadə edilə bilən metal və material təminatını məhdudlaşdırır.
Short URL: https://www.cumhuriyyet.net/?p=151473