Prezident koronavirus xəstəxanasını ziyarət etdi, heç kim onu tanımadı

01.08.2020 - 16:29
Koronavirus epidemiyası zamanı Kommunarkada 40 saylı xəstəxanaya baş çəkən Rusiya Prezidenti Vladimir Putini həkimlər və tibb işçiləri tanımayıb.
Bu barədə “Rossiyskaya qazeta”ya müsahibəsində klinikanın baş həkimi Denis Protsenko məlumat verib.

Dövlət başçısı klinikada sarı qoruyucu kostyumda hərəkət edib.
“Prezidenti ancaq reanimasiya şöbəsində və qəbul bölməsində görən həkimlər, tibb bacıları sarı qoruyucu kostyumda olan adamın kimliyini axşam televiziya xəbərlərindən öyrəniblər”, – deyə Protsenko etiraf edib. Ziyarət mart ayında, Rusiyadakı COVID-19 epidemiyası yayılmağa başlayanda baş verib. Həmin vaxt prezident baş həkimlə danışmış, pasiyentləri ziyarət etmişdi. Bir neçə ay sonra – iyun ayının sonunda – Putin “qırmızı zona”ya etdiyi səfərin mənasını açıqlamışdı: “Hesabatlardan öyrənmək başqa, özün gəlib hər şeyə yerində baxmaq başqa. Mən prinsipcə nə baş verməsindən asılı olmayaraq, hər zaman bu cür hərəkət etmişəm”. Onun sözlərinə görə, hamı bu qərara qarşı olub 

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=151544

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930