Torontoda soydaşlarımıza hücum edən ermənilərin yeri müəyyən edilib! – RƏSMİ

02.08.2020 - 22:53

Musavat.com xəbər verir ki, Torontoda baş verən erməni hücumu ilə bağlı Azərbaycan Respublikasının ​​​​​Kanadadakı Səfirliyi ​​ ​​​mətbuat üçün məlumat yayıb. Məlumatda bunlar var:
​”Avqust ayının 1-dən 2-nə keçən gecə Kanadanın Toronto şəhərində yerli erməni icmasının üzvləri soyuq və odlu silahdan istifadə edərək orada yaşayan iki soydaşımıza qarşı növbəti çirkin təxribat törədiblər. ​Bir qrup erməninin hücumuna müqavimət göstərən iki soydaşımız müəyyən dərəcəli xəsarətlər alıblar. Soydaşlarımızın vəziyyəti hazırda sabitdir, bir soydaşımız xəstəxanadadır.
​Torontoda yaşayan Azərbaycan icmasının verdiyi məlumata əsasən cinayət yerinə dərhal icma üzvləri və çox sayda polis nəfərləri gəlib. Polis zərər çəkmiş şəxslərdən izahatlar alıb və icma üzvlərimizin məlumatı əsasında təxribatı törədən milliyyətçə erməni şəxslərin yeri müəyyən edilib. Fakt üzrə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarış işləri aparılır və müvafiq tədbirlər həyata keçirilir.
​Baş vermiş təxribatla bağlı icma üzvləri dərhal Səfirliyi məlumatlandırıb. ​Səfirlik Kanadanın müvafiq orqanları ilə məsələni nəzarətdə saxlayır və araşdırmanın nəticələri ilə bağlı məlumat təqdim edəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151641

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930