Beyrutda partlayışda 30 nəfər ölüb, ölkədə matəm elan olunub – VİDEO

04.08.2020 - 23:13

Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Musavat.com-un “Reuters”ə istinadən verdiyi xəbərə görə, partlayış Beyrut limanının 12-ci blokunda , anbarların olduğu yerdə baş verib. Pirotexniki vasitələr saxlanılan anbarda baş verən partlayış nəticəsində şəhərin müxtəlif yerlərində pəncərə və qapılar sınıb, insanlar yaralanıb.

Partlayışdan sonra 2 kilometr ərazinin məhv olduğu bildirilir.  Sözügedən dəhşətli partlayışın görüntülərini təqdim edirik.

***

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 10 nəfər ölüb. Hadisə şahidləri və təhlükəsizlik qüvvələri partlayış anında binaların balkonlarının uçduğunu bildirib.

***

Livanın “Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb. APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı özünün “Twitter” səhifəsində məlumat yayıb. Qeyd edək ki, bir qədər əvvəl telekanal Nacaryanın ağır yaralandığını və huşsuz vəziyyətdə olduğunu bildirmişdi. Son məlumatlara görə, partlayış 12 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olub. Hazırda hadisə yerində yanğından mühafizə briqadaları işləyir, əraziyə helikopterlər də cəlb olunub. Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.

***

Livanın paytaxtı Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Hazırda insidentin səbəbləri araşdırılır.

Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151722

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930