FTB ukraynalı milyarderləri “vurdu” – Ofislərində axtarış aparılıb…

05.08.2020 - 15:10

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Ukrayna maqnatları İqor Kolomoyski Gennadi Boqanolovun Klivlend və Mayamidəki ofislərinə reyd keçirib.

Bu xəbəri avqustun 4-də”Azadlıq” radiosuna FTB-nin xüsusi agenti Vicki Anderson-Qretəsdiq edib. Xanım Anderson-Qreq deyib ki, hazırda davam edən təhqiqat barədə təfərrüatlı məlumat verə bilməz.

Kolomoyski və Boqanolov Mayamidən idarə olunan bir neçə şirkətlərə sahibdirlər. Bu şirkətlərə daşınmaz əmlak və polad biznesləri daxildir.

2019-cu ilin aprelində və 2020-ci ilin mayında yayılmış media xəbərlərində deyilirdi ki, FTB Kolomoyskini çirkli pulların yuyulmasında şübhəli qismində araşdırır.

Bu da xəbər verilirdi ki, 2019-cu ilin mayında Ukraynanın PrivatBank bankının vəsatəti ilə Delaver məhkəməsində Kolomoyskiy və Boholyubovla bağlı cinayət araşdırmasına başlanıb.

Bank sözü gedən iki biznesmeni 780 milyon dolları ABŞ-ın maliyyə təsisatlarından alınan kreditlər vasitəsilə yumaqda ittiham edir.

Ukrayna milyarderləri bu pulla Birləşmiş Ştatlarda daşınmaz əmlak, xəlitə və poladəritmə zavodları əldə ediblər. Bunların arasında Klivlenddəki ofis binaları da var.

Kolomoyskiy və Boholyubovun ABŞ-dakı partnyorları – Mordeçay Korf Uryel Laber hələkibu barədə sorğulara cavab verməyiblər. (azadliq.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151756

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031