Hindistanda COVID-19 xəstələrinin olduğu hoteldə yanğın – 7 ölü, 15-dən çox yaralı + Video

09.08.2020 - 13:48

Hindistanda koronavirus xəstələrinin karantində qalması və müalicə olunması məqsədilə istifadə olunan “Svarna palas” hotelində baş vermiş yanğın nəticəsində azı 7 nəfər dünyasını dəyişib, 15-dən çox insan yaralanıb. “Qafqazinfo” bildirir ki, bu barədə “NDTV” telekanalı xəbər verib.

Yanğın Andxra-Pradeş ştatının Vicayvade şəhərində baş verib.

“Hadisə nəticəsində yeddi nəfər həlak olub, 15-20 nəfər xəsarət alıb. Onları təcili xəstəxanaya aparıblar. Onlardan ikisi-üçü kritik vəziyyətdədir”, – telekanal yerli polisin sözlərini sitat gətirir.

“NDTV” bildirir ki, yanğın pasiyentlər arasında çaxnaşmaya səbəb olub, onlardan bir neçəsi həyatını xilas etmək üçün özünü binadan atıb. Ümumilikdə müəssisədə 22 pasiyent müalicə olunurdu.

İlkin məlumata görə, yanğının baş verməsinə qısaqapanma səbəb olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151956

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930