“Ukraynada nazir müavininə qarşı cinayət işi mənasızdır” – Ekspertlər

10.08.2020 - 17:31

“Ukrayna xarici işlər nazirinin müavini Vasıl Bodnara qarşı cinayət işinin açılması hüquqi cəhətdən tam mənasız bir addımdır”.

Bu barədə Ukrayna parlamentinin Xarici Siyasət və Parlamentlərarası Əlaqələr Komitəsinin rəhbəri Oleksandr Merejko millət vəkili Daria Volodınanın Xarici İşlər Nazirliyinin vəzifəli şəxslərinə qarşı Dövlət Təhqiqatlar Bürosu tərəfindən “mümkün qanunsuz əməllər”inə görə cinayət işi açdırdığı barədə bəyanatını “Report”a şərh edərkən bildirib.

Qeyd edək ki, hələ mart ayının əvvəllərində nazir müavini V.Bodnarın imzası ilə müvafiq qurumlara göndərilən bir məktubda Ukrayna dövlətinin Osmanlı imperiyasındakı 1915-ci ilin məlum hadisələrinin erməni xalqının soyqırımı olaraq tanımadığını qeyd edilərək həmin hadisələrlə bağlı anım tədbirlərində rəsmi şəxslərin iştirak etməməsi, “erməni xalqının soyqırımı” ifadəsinin rəsmi səviyyədə dilə gətirməməsi tövsiyə olunur. Sözügedən məktub cinayət işinin başlanması üçün əsas olub.

“Birincisi, bu məsələdə Cinayət Məcəlləsinin hər hansı maddəsi pozulmayıb. İkincisi, həmin sənəddə o, öz şəxsi mövqeyini yox, rəsmi mövqeyi qeyd edib. Odur ki, ortada cinayət tərkibi olmadığına görə məncə hər hansı məhkəmə də olmayacaq, ola da bilməz. Fikrimcə, nazir müavininə qarşı dövlətçilik mövqeyinə görə təzyiq göstərirlər, bunu istisna etmirəm”, – komitə başçısı qeyd edib.

Ukraynanın “Doktina” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Yaroslav Bojko sözügedən sənədin məxfi, yəni məhdud sayda şəxslər üçün nəzərdə tutulsa da, müəmmalı şəkildə millət vəkili Daria Volodinanın əlinə keçərək beləcə diplomatik qalmaqala zəmin yaratmasına diqqət çəkib:

“Görünür, Ermənistanla münasibətlərimizdə gərginlik daha da artacaq. Volodina Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının məzunudur, yəni belə məsələlərdə naşı adam olduğunu söyləmək mümkün deyil. Əgər casus kimi hərəkət edirsə, bunun fəsadları daha vahiməli ola bilər”.

Politoloqun fikrincə, xarici işlər nazirinin müavininə qarşı yüksək səviyyədə cinayət işinin açılması diplomata qarşı təzyiq nümunəsidir:

“Lakin diplomat Bodnara qarşı bu “iş”in hansısa hüquqi nəticə verəcəyi şübhəli görünür. Bu işi aparacaq müstəntiq “cinayət tərkibi”nin nə qədər dolaşıq ibarələrlə təsvir olunduğuna diqqət yetirəcək və bu “iş”ə çox güman ki, xitam veriləcək. Sözügedən məktubu kənara sızdıranların məqsədi yalnız və yalnız Ukraynanın xarici siyasətinə zərbə vurmaq olub. Çox güman ki, bu yolla Ukrayna ilə Azərbaycan arasında hansısa diplomatik gərginlik yaratmaq istəyiblər”.

Qeyd edək ki, xarici işlər nazirinin müavini Vasıl Bodnar daha əvvəl “Facebook” səhifəsində məsələni belə şərh etmişdi:

“Bu, absurd teatrının üç pərdəli tamaşasıdır. Ukrayna millət vəkili Ukrayna xarici işlər nazirinin müavinini Ukraynanın xarici siyasətdəki mövqeyinə görə məhkəməyə vermək istəyir! Lakin baş tutan deyil. Bu yarıtmaz ssenarinin əvvəlki pərdələrini şərh etməmişəm, indi də özümü alçaltmaram. Ukrayna dövlətinin milli mənafeyini, mövqeyini müdafiə etmişəm və edəcəyəm. Bütün addımlarım Ukrayna qanunlarının mənə verdiyi səlahiyyətlər çərçivəsində olub. İmzaladığım məktubda da şəxsi mövqeyim yox, Ukraynanın rəsmi mövqeyi əks olunur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152040

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930