Paşinyanın əsl siması üzə çıxdı

13.08.2020 - 13:19
Ermənistan baş naziri Nikol Paşinyan Belarus prezidenti vəzifəsinə yenidən seçilmiş Aleksandr Lukaşenkonu əldə etdiyi uğura görə təbrik etməklə öz əsl simasını göstərdi. Bu haqda Ermənistanda fəaliyyət göstərən 7or.am saytında yazılıb.
“MediaPost”un xəbərinə görə, “Məxməri” inqilabın transformasiyası: Paşinyan tüpürdüyünü yaladı” başlığı altında dərc olunmuş yazıda deyilir ki, Paşinyanın bu addımı erməni ictimaiyyətinin qəzəbinə səbəb oldu, o, adi insanlar tərəfindən sərt tənqidə məruz qaldı.
Belə ki, Paşinyan Lukaşenkonu təbrik etməklə faktiki olaraq, aşağıdakıları etiraf etdi:
1. 1-2 mart 2008-ci il tarixində özünün və Levon Ter-Petrosyanın səhv olmasını, Robert Köçəryanın isə düzgünlüyünü; Paşinyan ilə Levon Ter-Petrosyanın hakimiyyəti güc vasitəsilə ələ keçirmək istədiklərini, o vaxtkı hakimiyyətin isə konstitusiya quruluşunun müdafiəsini,
2. 2018-ci ildə başçılıq etdiyi “məxməri” inqilabın qeyri-legitim olmasını, onun özünün isə nümayişçi olmasını(xüsusilə də, Radio Evinin güclə ələ keçirilməsi),
3. “1 mart hadisələri” üzrə məhkəmə prosesinin qanuna zidd olmasını və başa çatdırılmamasını,
4. Özünün bütün müxalifətçi hərəkətlərinin, bəyanatlarının və etdiklərinin səhv olmasını,
5. Həmçinin, ömürlük hakimiyyətin mənimsənilməsinə can atmasını, öz kreslosunun müdafiəsi uğrunda “məğrur vətəndaşların” qarşısına güc strukturlarının çıxarılmasına hazır olduğunu.
Nəticə etibarı ilə, Lukaşenkonu təbrik edən Paşinyan öz hakimiyyətinin xarici dəstək verənlərinə götürdüyü öhdəliklərlə bağlı etiraz etməsini və fədakarcasına Avrasiya İqtisadi Birliyinin qucağına atılmasını göstərib.
9 avqust tarixində Belarusda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı ilkin rəsmi məlumatlara görə, altıncı dəfə prezident seçilmiş Aleksandr Lukaşenko 80%-dən çox səs toplayıb.
Qeyd edək ki, seçki məntəqələrinin bağlanmasından və ekzit-polun məlumatının yayılmasından sonra bütün ölkə üzrə kütləvi etirazlar başladı. Minsk və digər şəhərlərdə etiraz aksiyalarının iştirakçıları ilə güc strukturları arasında toqquşmalar baş verib. Etirazçılara qarşı su maşınları, rezin güllələr, gözyaşardıcı qaz və işıq-səs qumbaralarından istifadə edilib. Toqquşmalar nəticəsində hər iki tərəfdən zərər çəkənlər var.
Xatırladaq ki, Nikol Paşinyanın özü 2018-ci ilin may ayında sabiq prezident Serj Sarqsyanın baş nazir vəzifəsinə seçilməsindən sonra Ermənistanda baş vermiş aksiyalar nəticəsində hakimiyyətə gəlib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152193

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930