ÜST dövlətləri “peyvənd millətçiliyi”ndən çəkinməyə çağırdı

14.08.2020 - 13:19

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusa qarşı peyvənd axtarışında dünya ölkələrini sıx qlobal əməkdaşlığa dəvət edib.

AzərTAc xəbər verir ki, təşkilatın rəhbəri Tedros Qebreyesus bu əməkdaşlığın, ilk növbədə, ölkələrin öz marağına xidmət etdiyini vurğulayıb. O qeyd edib ki, virus üzərində qələbə nə qədər tez əldə olunsa, dünya iqtisadiyyatı da bir o qədər sürətlə dirçələ bilər. Bunun üçün isə diqqəti ayrı-ayrılıqda hansısa nümunələrə yönəltməkdənsə, mümkün qədər çox peyvənd layihələri üzərində iş aparılmalıdır.

T.Qebreyesusun sözlərinə görə, yüksək tələbat və təkliflər arasında rəqabət hazırda “peyvənd millətçiliyi” məfhumunun yaranmasına səbəb olub və möhtəkirliyə geniş yol açır. Buna qarşı isə yalnız qlobal həmrəylik, ictimai investisiyalar və birgə səylər uğurlu nəticə verə bilər.

Dünyada aktual olaraq kliniki sınaq mərhələsində olan peyvənd maddələrinin doqquzu ÜST-nin himayəsi altında təsis olunan fond çərçivəsində üzv dövlətlərin sərəncamına veriləcək. ÜST-nin hələ həftələr öncə verdiyi məlumata görə, fondun peyvənd layihələrini maliyyələşdirməsi üçün 31,3 milyard ABŞ dolları vəsaitə ehtiyacı var. Lakin üzv dövlətlər bu vəsaitin yalnız cüzi bir hissəsini təqdim edəcəklərini vəd veriblər. Həmin fond peyvənd maddələri ilə yanaşı, COVID-19-a qarşı müxtəlif test və dərman preparatlarının tədqiqat və istehsalını da dəstəkləməlidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152273

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930