“PUTİN QORXUR Kİ, LUKAŞENKONUN DEVRİLMƏSİ…” – “Artıq qəddarlıq əvvəlki tək qorxutmur, yalnız ikrah doğurur”

20.08.2020 - 11:12

Belarusda baş verən gərgin siyasi hadisələr bütün dünya mediasının əsas mövzularından biri olaraq qalmaqdadır. Əlbəttə, bu ölkənin mühüm geostrateji mövqedə yerləşməsi heç kimə sirr deyil.

Bununla yanaşı, hamı bir ağızdan Aleksandr Lukaşenkonu diktator adlandırsa da, proseslərin arxasında böyük güc mərkəzlərinin dayandığını unutmayaq. Bəlkə də, elə bu səbəbdən Belarusda yaşananlar dünya mətbuatında müxtəif rakurslardan şərh olunur və yanaşmalar heç də yekcins deyil. “AzPolitika.info” onlardan bəzilərini diqqətinizə çatdırır.

“Belarus üçün həqiqət anı”(“The Times” – Böyük Britaniya”)

“Uzaq Şərqdəki Xabarovsk diyarında davam edən anti-Kreml nümayişlərində Lukaşenkonun qadağan etdiyi, lakin indi Belarus müxalifətinin rəmzinə çevrilən ağ-qırmızı-ağ xətli bayraqları görmək olar.

Öz növbəsində, Belarusi nümayişçiləri də “Xabarovsk, biz sizinləyik!” şüarları səsləndirirlər. Onların hər ikisinin şikayətləri hardasa oxşardır…

Artıq qəddarlıq əvvəlki tək qorxutmur, o, yalnız ikrah hissi doğurur. Yalan və təhdidlər xalqı kleptokratiyanın məğlubiyyətə düçar olmasını anlaması faktından yayındıra bilməz.”

“Rəngli inqilabları kim təşkil edir?”(“Observador”- Portuqaliya)

“İfrat solçular hesab edirlər ki, dikatatoru devirmək məqsədilə yaranan istənilən xalq etirazı “rəngli inqilab”dan başqa bir şey deyil. Bu termin dilə gətiriləndə ilk növbədə ABŞ, Avropa Birliyi, Mərkəzi Kəşfiyyat İdarəsi, Corc Soros, Aleksandr Navalnı və sair bu kimi xarici güclər tərəfindən təşkil olunan üsyanlar başa düşülür. Ancaq ifrat solçular bu inqilabların mənbəyində diktatorlar və avtokratlar tərəfindən aparılan fəlakətli siyasətin durmasını qəbul etmək istəmirlər.

Seçki kampaniyasının gedişi zamanı Lukaşenko dəfələrlə Kreml üçün əngəllər törədib. Rusların 32 döyüşçüsünün yaxalanmsı böyük qalmaqal yratdı. Bunun nəticəsində Kremlə yaxın olan bəzi siyasətçilər artıq “bədbəxt belarus xalqının” Lukaşenkonun əlindən azad olunmasının vaxtının gəlib çatması barəsində fikirlər səsləndirməyə başladılar.

Tələyə düşmüş və hər bir şərtə hazır olan Lukaşenko kömək üçün tələsik Moskvaya – Putinə zəng etdi. İndi onların hər ikisi hesab edir ki, Belarusun problemləri həll olunandır.

İki ölkə rəhbərləri qeyd edirlər: “Əsas odur ki, bu problemlərdən iki ölkənin qarşılıqlı əməkdaşlığına xələl gətirməyə can atan destruktiv qüclər istifadə etməsinlər”. Ancaq seçki ərəfəsində Lukaşenko narazılıqla bildirmişdi ki, Rusiya iləəlaqələr “qardaşlıq” münasibətlərindən “tərəfdaşlıq”münasibətlərinə çevrilib.

Hazırda Moskvanın Lukaşenko ilə bağlı fikirləri kəskin şəkildə dəyişib. Lukaşenkonu ilk təbrik edən də məhz Vladimir Putin olub.

Etiraz dalğasının böyüməsi ilə təlaşa düşən Kremlpərəst siyasətçilər Lukaşenkonu dəstəkləməyə başlayıblar. Məsələn, Rusiyanın xaricdəki təbliğatının əsas ruporu sayılan “Russia today” televiziyasının baş redaktoru Marqarita Simonyan qonşu dövlətin ərazisinə ”nəcib adamların”(yaşıl geyimlilərin)göndərilməsinin vacibliyini xüsusilə vurğulayıb. Yəni onun sözlərinə görə, 2014-cü ildə Krımda olduğu kimi, Belarusun işğalı üçün də Rusiyadan xüsusi təyinatlı dəstələrin yollanılması vacibdir.

Aleksandr Lukaşenkonun sözlərinə görə, telefon danışıqları zamanı Putin ona ”Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” çərçivəsində hərbi yardım göstərəciyinə söz verib. Həqiqətən də Vladimir Putin Belarusu itirmək istəmir. Digər yandan isə o, etirazlar vasitəsilə diktatorun devrilməsinə də yol vermək fikrində deyil, çünki bu, onun öz xalqı üçün çox xoşagəlməz nümunə olar. Belarusa ediləcək hərbi müdaxilə həm Rusiya və həm də dünya üçün proqnozlaşdırılması mürəkkəb olan təhlükəli nəticələrə gətirib çıxara bilər. Sözsüz ki, Belarusa daxil olan rus ordusu yerli əhali tərəfindən Krımdakı kimi rəğbətlə qarşılanmyacaq, Rusiyadakı ictimaiyyət isə Putinin imperialist və militarist siyasətinə qarşı çıxa bilər. Ola bilər ki, Rusiya lideri indiki diktatorun yerinə Rusiyapərəst başqa bir namizəd tapsın, amma artıq xeyli vaxt itirilib.

“Belarus və Xabarovsk: sovet adamının ümumi xarakterik xüsusiyyəti” – (“İROZHLAS”-Çexiya)

İndi biz bir-birindən 8 min kilometr uzaqda yerləşən iki “qaynar nöqtə”də yaşananları eyni anda seyr edə bilərik. Bu iki məkan arasındakı məsafənin xeyli uzaq olmasına baxmayaraq, onları birləşdirən çox şey var. Söhbət Belarusi və Rusiyanın Xabarovsk şəhərindən gedir.

Belarusdakı hadisələr ötən ay ərzində Xabarovskda baş verən etirazları kölgədə qoymayıb. İnsanlar Moskvanın qubernator Sergey Furqalı həbs etməsinə etiraz əlaməti olaraq, Xabarovskdakı küçələrə və mərkəzi meydanlara axışırlar…

Məlum olduğu kimi, bir neçə gün bundan öncə seçki nəticələrinin Aleksandr Lukaşenkonun leyhinə saxtalaşdırılmasına etiraz edən dinc nümayişçilərə qarşı güc tətbiq olundu. Bundan sonra Xabarovskdakı etirazçılar belaruslarla həmrəy olduqlarını ifadə ediblər, Minskdəkilər də buna eynilə cavab veriblər. Bəs, bu iki hadisə arasında ümumi olan nədir?

Birincisi – nümayişçilər siyasi terminlərə söykənmirlər, baş verənlərə siyasi mübarizə kimi baxmırlar. Bundan əlavə, nümayişlərdə siyasi subyektin heç bir nümayəndəsi iştirak etmir. Ümumiyyətlə, nümayişlərin təşkilatçıları və mərkəzi yoxdur, əlaqə sosial şəbəkələr vasitəsilə qurulur.

İkincisi – etirazların əsasında emosiya dayanır. Küçələrə çıxanlar özlərini təhqir olunmuş hesab edənlərdir. Hakimiyyətin seçim hüququnu onların əlindən alması etirazçıları qəzəbləndirib. Xabarovskda etiraz edənlərin tək tələbləri var: Qubernator Furqalın azad edilib öz yerinə qaytarılması.

Belarusda isə nümayişçilərin gözündə Lukaşenko seçkiləri saxtalaşdıran və insanların üzərinə “silahlı qorillalar” göndərən günahkardır. Ona görə də onlar yaxşı prezident arzusuyla yeni seçkilər istəyirlər. Hələlik bütün nümayişçilərin ideyaları bununla məhdudlaşır…

İlk vaxtlarda Xabarovsk şəhərindəki etirazlarda 30 min adam iştirak edirdi, amma son günlərdə onların sayı xeyli azalıb. Furqaldan başqa onlar Nikolay Platoşkini də dəstəkləyirlər. Neo-Stalinçi olan Platoşkin Moskvada ev həbsindədir.

Xabarovskun əksinə olaraq, Belarusda küçəyə çıxan adamların sayı günbəgün artır. Hələ orada vəziyyətin necə yekunlaşacağı tam bəlli deyil. Əgər yeni azad seçkilər olarsa, onda Kremlin piar kampaniyası üçün səmimi və siyasi cəhətdən çox sadəlövh olan insanlara Belarus prezidentliyinə öz namizədini sırıması heç də çətinlik təşkil etməyəcək. Çünki hələ də canlı qalan “sovet adamı”-nın ümumi keçmişi və ümumi xarakterik cizgiləri həm belaruslarda, həm də Xabarovsk sakinlərində var və ona görə də, bu gedişlə onlar öz əsas məqsədlərinə nail olmayacaqlar.“

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=152633

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930