Aİ Aleksey Navalnı ilə bağlı vəziyyətin araşdırılmasını istəyir

25.08.2020 - 09:40

Avropa İttifaqı rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi ehtimalı ilə əlaqədar vəziyyətin dərhal və şəffaf şəkildə araşdırılmasına çağırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrelin açıqlamasında deyilir.

“Rusiya hakimiyyətinin dərhal müstəqil və şəffaf şəkildə araşdırmalara başlaması vacibdir”, – deyə açıqlamada qeyd olunur. Borrelin sözlərinə görə, dünyada və Rusiya Federasiyasında faktları bilmək istəyirlər.

“Berlindəki “Charite” xəstəxanasında götürülən ilkin analiz nəticələri Aleksey Navalnının zəhərləndiyini göstərir. Navalnının müalicəsi üçün xəstəxanaya minnətdarıq və onun tez sağalmasını arzulayırıq”, – sənəddə belə deyilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152935

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930