Məşhur erməni oliqarxla Lukaşenkonu nə birləşdirir? – “Tsarukyan əhd edib ki…”

25.08.2020 - 19:05

Bolqarıstanın “Multiqroup Trade” şirkəti Belarusun “Brestskoye pivo” (“Brest pivəsi”) Açıq Səhmdar Cəmiyyətinin nəzarət səhm paketini satın alıb. Alıcı şirkət Bolqarıstanda qeydiyyatdan keçsə də, bolqarlara məxsus deyil, erməni oliqarx Qaguk Tsarukyanın “Multi Group” holdinqinə aiddir. Yəni, əslində “Brest pivəsi”nin dövlətin əlindəki 89,73% səhmləri bu holdinqə satılıb. Sövdələşmənin miqdarı açıqlanmır.

Alqı-satqı müqaviləsi hələ iyulun 31-də, Belarusdakı prezident seçkilərindən bir neçə gün öncə imzalansa da, icrasına indi başlanıb və ayın sonuna qədər Q.Tsarukyan “Brest pivəsi”nin idarəetməsini təhvil alacaq.

1998-ci ildə yaradılmış “Multi Group”a onlarla şirkət daxildir. Bu şirkətlər otel, avtomobil satışı, alkoqol (o cümlədən məşhur “Ararat” konyakı) istehsalı, dağ-mədən sənayesi, sıxılmış maye qaz, əczaçılıq, turizm sahələrində fəaliyyət göstərir.

Qagik Tsarukyan Ermənistanın ən zəngin adamıdır. Onunla Aleksandr Lukaşenko arasında dostluq münasibətləri mövcuddur. 2010-cu ildə Tsarukyan “Ar-Be” (Armenia-Belarus) Ticarət Evi açıb, onun mərkəzi ofisi İrəvanda yerləşir. 2012-ci ildə iş adamı Minsk şəhərində erməni konyakının istehsalı üzrə müəssisə yaradıb. 2013-cü ildə Lukaşenko Tsarukyanı “Xalqlar dostluğu” ordeni ilə təltif edib.

Tsarukyanın konyak zavodunun zirzəmisində 400 litrlik konyak çəlləyi saxlanılır, oliqarx əhd edib ki, bu çəlləyi Lukaşenkonun oğlu Nikolayın toyunda açacaq.

Hazırda Tsarukyanın Ermənistanın baş naziri Nikol Paşinyanla münasibətləri çox gərgindir. İyunun 16-da Ermənistan parlamenti onu deputat toxunulmazlığından məhrum edib və həbsinə razılıq verib. Lakin məhkəmə həmin ayın 21-də Baş Prokurorluğun bu haqda təqdimatını təmin etməyib.

Q.Tsarukyan Rusiyanın adamı hesab olunur, məhkəmənin qərarı göstərir ki, hələlik Paşinyanın ona gücü yetmir. (Pressklub.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152980

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930