cumhuriyyet.net
ARDNF valyuta hərraclarındakı satışını 29% artırıb • Cumhuriyyət
Bu ilin yanvar-avqust aylarında Dövlət Neft Fondu (ARDNF) 5 003,7 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. “Report” Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,5% çoxdur. Təkcə avqust ayında isə ARDNF-in valyuta satışının məbləği 478 milyon dollar təşkil edib. Bu isə ötən ilin avqust ayına nisbətən 41,4% azdır.
nesimi