Yaponiyanın cənubunda 100 minə yaxın sakin “Maysak” tufanına görə təxliyə xəbərdarlığı alıb

02.09.2020 - 10:56

“Maysak” tufanının Yaponiyanın cənub-qərbində yerləşən Kyuşü adasına yaxınlaşması nəticəsində 100 minə yaxın sakinə təxliyə xəbərdarlığı göndərilib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, həmin adada yerləşən Naqasaki prefekturasının rəhbərliyi təqribən 20 min, Oita prefekturasının administrasiyası isə 70 min sakinin təxliyəyə hazır olması barədə xəbərdarlıq yayıb.

Tufanın əmələ gətirdiyi güclü külək səbəbindən aviaşirkətlər 119 daxili reysin təxirə salındığını elan ediblər. Cədvəldə dəyişikliklər əsasən Kaqoşima və Okinava prefekturalarında yerləşən aeroportlarda aparılıb.

Bununla yanaşı, güclü külək nəticəsində müxtəlif konstruksiyaların aşması səbəbindən ən azı səkkiz nəfərin xəsarət aldığı da bildirilir.

Hazırda Çin istiqamətində hərəkət edən tufanın mərkəzində küləyin sürətinin saniyədə 45 metrə çatdığı qeyd edilir.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=153392

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930