Türkiyə neft -qaz ölkəsinə çevrilir?

05.09.2020 - 12:25

Əlbəttə, heç bir halda demək düzgün olmaz ki, qardaş Türkiyə dünyanın neft və qaz müstəvisində tamamilə yeni, naməlum bir ölkədir.

Yox, qətiyyən belə deyil, ona görə ki, çoxdandır Türkiyə müxtəlif ölkələrin neft və qaz resurslarını nəql edən çox mühüm tranzit düyünü rolunu oynayır və onun bu rolu ilbəil nəinki azalır, əksinə, bir az da artır, çünki dünyada öz karbohidrogen resurslarının bu marşrut üzrə nəql edilməsini istəyən çox ölkə var.

Amma biz ilk dəfə türkiyəli mütəxəssislərin Qara dənizdə böyük qaz yatağı aşkar etməsi haqqında xəbəri eşidəndə, doğrusu, bir azca ikili hiss keçirdik, ona görə ki, dərhal dünyanın böyük neft və qaz ixracatçılarının, hətta özümüzün təcrübəmizi yada saldıq.

Dünya mütəxəssisləri karbohidrogen resurslarını ixrac edən onlarla ölkənın çox böyük massivindən bir neçə altçoxluğu ayırırlar. Əlbəttə, ilk yeri Skandinaviya ölkələri tutur ki, bunlar neft və qazdan gələn gəlirlərin realizə olunmasının ən rasional və effektiv yolunu tapıblar.

Bu ölkələr çox düzgün bir qərar qəbul ediblər ki, onların Şimal dənizində tapdıqları neft-qaz resursları məhduddur və onlar əbədi deyil. Odur ki, bu sferadan gələn gəlirləri müəyyən qədər müxtəlif sosial proqramlara yönəltsələr də, onları əsasən daha perspektivli olan iqtisadiyyat sahələrinin formalaşmasına və inkişafına istiqamətləndirirlər, çünki neftin və qazın bir ölkəyə verə biləcəyi ən böyük gəlir iqtisadiyyatda güclü qeyri – neft sektorunun yaranmasıdır.

Digər ölkələr qrupuna İran kimi ölkələr aiddir. Onların çox böyük miqdarlarda karbohidrogen ehtiyatları olsa da, nə inkişaf etmiş sosial infrastruktura, nə də müasir siyasi sistemə malik deyillər. Ortabab həyat tərzi və avtoritar idarəçilik – bu ölkələrin cəmiyyətlərinin nəsibi budur və neft -qaz sferasından gələn böyük gəlirlər hərbi və ideolıoji proqramlara, xaricdəki, xüsusən də Yaxın Şərqdəki və Afrikadakı rejimlərin və qüvvələrin maliyyələşdirilməsinə yönəlibdir.

Nəhayət, üçüncü tip ölkələr də var ki, bunlar da Nigeriya, Venesuela və başqalarıdır.

Əslində bu ölkələrin də xüsusi təqdimata ehtiyacları yoxdur, çünki Tanrının onlara çox böyük sərvət bəxş etməsinə baxmayaraq, onlar permanent hərbi və siyasi, xüsusən də sosial böhranlar yaşayır və əhaliləri demək olar ki, neft və qaz resurslarına malik olmayan, amma qüdrətli iqtisadiyyatı olan digər ölklərin ayırdığı humanitar yardımlar hesabına yaşayırlar.
Belə ölkələrin siyasətçiləri və yaxud diplomatları bu məqamların üzərində düşünsəydilər çox yaxşı olardı. Axı necə olur ki, belə ölkələrin insanları faktiki olaraq tamam başqa biznes sferasını təmsil edən – intelllektual biznesdən qazanan Bill Qeyts kimi maliyyə nəhənglərinin ayırdğı humanitar yardımlar hesabına mövcuddurlar? Axı həmin elə Afrika ölklərinin böyük əksəriyyətinin zəngin sərvətləri olub və ya indi də var!..

İndi bir daha Türkiyəyə qayıdaq. Birincisi, onların Qara dənizdə aşkar etdikləri qaz ehtiyatları bu səmtdə axırıncı tapıntı deyil. Xəbər verilir ki, təkcə Qara dənizdə yox, elə Aralıq dənizində də çox böyük neft və qaz ehtiyatları var. Qeyd edək ki, məhz buna görə bölgə hazırda az qala barıt çəlləyini xatırladır. Amma Türkiyənin kifayət qədər imkanları var ki, öz hüquqlarını təkcə quruda yox, dənizlərdə də təmin etsin. Bununla belə, deyəsən, böyük qaz savaşı hazırda Aralıq və Qara dənizin sahillərini “yalayır”…

İkincisi, çox güman ki, təkcə risqlərin qiymətləndirilməsi üzrə mütəxəssislər yox, hətta bilavasitə siyasətçilər və diplomatlar da fərqindədirlər ki, neft və qaz özünəməxsus “opium”dur və onunla ehtiyatlı olmaq, ondan gələn gəlirləri iqtisadiyyatın digər sektorlarının dirçəldilməsinə yönəltmək lazımdır, çünki neftin və qazın bir ölkəyə verəcəyi ən böyük xeyir elə iqtisadiyyatda güclü qeyri -neft sektorunun yaranmasıdır.

Ona görə də neft və qazın ixracından o, ölkələr həqiqətən qazanır ki, bunlara qeyri-neft və qeyri – qaz sektoruna əlavə bir impuls verəcək amil kimi baxırlar.

Üstəlik, bu resurslar ən azı müəyyən zaman intervalında ölkəni daxili ehtiyaclar üçün neft və qaz almaq zərurətindən xilas edə bilər. Bu halda azad olmuş, sərbəstləşmiş vəsaitlər isə iqtisadiyatın modern sahələrinin inkişafına yönəldilə bilər. Düşünürük ki, bütün bunlar qardaş ölkədə nəzərə alınır və gələcəkdə də alınacaqdır.

Resurslar üzərində qurulan, bəli, ekstensiv inkişaf yolunu seçən bütün iqtisadiyyatlar artıq detallarınadək öyrənilibdi. Bəzi ölkələr, onların cəmiyyətləri özlərini bəxtəvər hesab edir və bəxtlərinin gətirməsindən böyük məmnunluq duyurlar ki, Tanrı onlara bu qədər böyük sərvət, təbii ehtiyatlar bəxş edibdir.

Amma daha rasional və praqmatik cəmiyyətlər, xüsusən də daha uzaq görən cəmiyyətlər, əksinə ondan məmnundurlar ki, yaxışı olub ki, onların təbii sərvətlər sarıdan bəxti gətirməyib və babaları, ataları məcbur olub daha elmi tutumlu, texnoloji iqtisadiyyat sahələrini inkişaf etdiriblər və son nəticədə də onların “bəxti başqa sahədə gətirib”, çünki hazırda bu ölkələr dünya iqtisadiyyatının texnologiya sferasını öz nəzarətlərində saxlayırlar və bu ölkələri təmsil edən siyasət və diplomatiya adamları qurur duyurlar ki, onların xalqları bəxtəvər yox, çalışqan və kreativ cəmiyyətlərdir, ona görə ki, bəxt bu gün var, sabah yox, bir dəfə gətirir, bir dəfəsə yox, amma zəhmətkeş və yaradıcı insanın üzünə uğur həmişə gülür…

 

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=153659

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930