“Amazon” Çin bağlamalarına görə ABŞ-da toxum idxalını qadağan etdi

06.09.2020 - 10:20

ABŞ-ın “Amazon” şirkəti ölkəyə toxum idxalına qadağa qoyub.

“Report”un məlumatına görə, bu barədə “Wall Street Journal” firmanın bir məktubuna istinadən xəbər verib.

Qəzet qeyd edib ki, qərar Çindən göndərilən qəribə bağlamalara görə şirkət tərəfindən qəbul edilib.

KİV-in məlumatına görə, qadağa cümə axşamından qüvvəyə minməyə başlayıb. Bu halda “Amazon” xarici partnyorlarına öz qərarı haqqında bildirişlər göndərib və satıcıları bu təkliflərlə paylaşımları silməyə məcbur edib.

Şirkətdə vurğulayıblar ki, toxumların satışı yalnız ABŞ ərazisində olan satıcılara icazə verilib. Tələbi pozanları hesabların silinməsi hədəsi gözləyir.

Daha əvvəl ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, Çindən ölkəyə bağlamalarda müxtəlif bitkilərin toxumları göndərilib. ABŞ hakimiyyəti hesab edir ki, belə bağlamalar alıcılar arasında reytinqi yüksəltmək üçün internet mağazaların qeyri-dürüst sahibləri tərəfindən göndərilib.

Bağlamalar artıq ABŞ-ın 20 ştatına göndərilib. İyunun sonlarından göndərilən bağlamaların sayı yüzlərlə idi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153671

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930