Rusiyada günəbaxan yağının kəskin bahalaşacağı gözlənilir

08.09.2020 - 15:26

Rusiyada günəbaxan yağı və tumlarının zəif məhsuldarlıq səbəbindən 20% bahalaşacağı gözlənilir.

“APA-Economics”in məlumatına görə, bu barədə aqrar bazarların tədqiqatı ilə məşğul olan “SovEkon” şirkətinin analitiklərinin hazırladığı icmalda deyilir.

Qeyd olunub ki, bahar və yay mövsümlərinin quraq keçməsi səbəbindən məhsuldarlıq azalıb – fermerlər günəbaxan toxumlarını əkdiklərindən 20-25% az toplayırlar. Əksər bölgələrdə biçin artıq başa çatıb. Ötən həftənin sonuna Rusiyada hər hektardan 1,6 ton məhsuldarlıq olmaqla 0,6 mln. hektar günəbaxan biçilib ki, bu da ötən ilə nisbətən 28% azdır. Nəticədə, 2020-ci ildə günəbaxan məhsulu təxminən 23% azalacaq və Rusiya üzrə ümumi məhsul yığımı təxminən 12 mln. ton olacaq.

“Yaxın gələcəkdə Rusiyada günəbaxan qiymətləri kəskin artmağa başlayacaq”, – icmalda deyilir.

Ötən həftənin yekununda Rusiya bazarında 1 ton günəbaxanın orta qiyməti ƏDV xaric 22,575 rubl (297 dollar) təşkil edib. Şirkətin mütəxəssisləri yaxın gələcəkdə ən azı 20%-lik bahalaşmanın olacağını gözləyirlər.

Qeyd edək ki, 2019-cu ildə Rusiya rekord həcmdə – 2,2 mlrd. dollar dəyərində 3,1 mln. ton günəbaxan yağı ixrac edib. 2020-ci ilin yanvar-iyul aylarında ölkədə 3,6 mln. ton günəbaxan yağı istehsal olunub ki, bunun da 2,3 mln. tonu ixraca yönəlib (ötən ilin eyni dövrünə nisbətən 35,3% çox).

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan Rusiyadan dəyəri 19,5 mln. dollara yaxın 25,7 tondan çox günəbaxan yağı idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 14,7% və 21,1% azalıb.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=153856

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930