Lukaşenkodan sesnsasiyalı addım – Müxalifət liderləri zorla ölkədən çıxarıldı

08.09.2020 - 15:47

Belarusun yoxa çıxmış üç aparıcı müxalifətçisi sentyabrın 8-də səhər qonşu Ukrayna ilə sərhəddə peyda olub. Onların təhlükəsizlik qüvvələri tərəfindən oğurlandığı güman edilirdi.

Müxalifətin Koordinasiya Şurasının prezidium üzvü Mariya Kalesnikova, mətbuat katibi Anton Randyonkau və icraçı katibiİvan Krautsou səhər saat 5-də Qomel regionundakı Alyaksandravka sərhəd keçid məntəqəsində görünüblər. Əvvəlcə Belarus Dövlət Sərhəd Komitəsinin təmsilçisi Anton Biçkovski onların hər üçünün ölkəni tərk etdiyini bildirib.

Ancaq Belarus dövlət televiziyası daha sonra Biçkovskiyə istinadla xəbər verib ki, Kalesnikava sərhədi keçmək istərkən saxlanıb, qalan ikisi Ukraynaya daxil olublar. Hər üçşəxs Koordinasiya Şurasının əsas fiqurlarındandır. Mariya Kalesnikavanın Ukraynaya girişinə imkan verilməməsi üçün pasportunu cırdığı xəbərləri gəlsə də, bu xəbəri müstəqil təsdiqlətmək mümkün olmayıb.

Ukraynanın Dövlət Sərhəd Xidməti isə Kalesnikovanın ölkəyə girmədiyini təsdiqləyib.

Ukraynanın daxili işlər naziri Mariya Kalesnikavanın saxlanma şəratini “Belarus müxalifətini gözdən salmaq” məqsədilə “zorakılıqla ölkədən çıxarma cəhdi” adlandırıb.

Anton Geraşçenko Facebook-da yazıb ki, belarusluların sərhəd keçid məntəqəsinə gəlməsi “Belarus müxalifətini gözdən salmaqdan ötrü doğma ölkəsindən zorakılıqla qovulma”olub.

Nazirin sözlərinə görə, Kalesnikovanı“Belarusdan çıxarmaq mümkün olmayıb, çünki bu cəsur qadın sərhəddən keçməsini önləyən addım atıb”.

Geraşçenko Lukaşenka rejimini “müxalifət liderlərinin yüzminlərlə insanı Lukaşenka rejiminə qarşı qaldıraraq özlərinin rahat Ukraynaya qaçması” görüntüsünü yaratmaqda suçlayıb. O, belaruslu müxalifətçilərin sərhədə getməsinin könüllü səfər olmadığını sözlərinə əlavə edib.

Hazırda Avropa Birliyinin prezidentliyini icra edən Almaniya isə itkin düşənlər haqda informasiya və siyasi məhbusların buraxılmasını tələb edib. “Belarusdakı siyasi məhbusların hamısının yeri haqqında məlumat və buraxılmasını tələb edirik, – Almaniyanın Xarici işlər naziri Heiko Mass sentyabrın 8-də “Bild” qəzetində dərc olunmuş bəyanatında deyir.

“Koordinasiya Şurasının üzvləri daxil həbslərin və repressiyanın davam etməsi qəbuledilməzdir, Maas vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153873

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930