Dünya ərzaq böhranı astanasında: Pandemiyaya heyvan xəstəlikləri, quraqlıq, ifrat yağıntılar da əlavə olunub

10.09.2020 - 10:58

Koronavirus pandemiyası üzündən çatdırılma zəncirindəki qırılmalar, yağışlar və quraqlıq, heyvanlar arasında yayılan viruslar, həmçinin dolların məzənnəsinin düşməsi nəticəsində dünya ciddi ərzaq böhranı ilə üzləşməkdədir.

Musavat.com xəbər verir ki, bu, CBNC-in hazırladığı təhlildən aydın olur. Məsələ burasındadır ki, dünyada ərzaq çatışmazlığı deyil, qiymətlərin sürətlə bahalaşması baş verir. BMT-nin məlumatına əsasən 2020-ci ilin avqustunda qida məhsullarının dəyəri üçüncü ay dalbadal artaraq fevral ayından bəri ən yüksək səviyyəyə çatıb.

Çin Statistika Bürosunun məlumatına görə, ölkədə qida məhsullarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 11 faizdən çox bahalaşıb. Bunun əsas səbəbi 25 milyon başdan yuxarı donuzun məhvinə gətirən Afrika vəbası xəstəliyidir. Nəticədə Çində donuz ətinin qiyməti 50 faizdən çox artıb. Bundan əlavə, isti və yağışlı hava şəraiti Çində tərəvəzin qiymətində 6.4 faiz artıma səbəb olub. Yumurtanın qiyməti isə 11.3 faiz bahalaşıb.

Koronavirus pandemiyası qlobal ərzaq təminatına necə təsir edəcək? -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Digər bir çox ölkələrdə isə ərzaq çatdırılma zəncirinin qırılması fermer və kiçik sahibkarların tezxarab olan məhsullarının məhvinə gətirib. Pandemiya gübrə və toxumların çatdırılmasında problemlər yaradıb, həmçinin bir çox ölkələrdə mövsümi işçilərin hərəkətini məhdudlaşdırıb. Bu isə məhsuldarlığın aşağı olması ilə yanaşı, əldə olunan məhsulların vaxtında toplanmasına da imkan verməyib.

Cari il ərzində dolların ucuzlaşması baş verib ki, bu da ərzaq xammalı bazarında qiymətlərin qalxmasına səbəb olub. Belə ki, bu ayın əvvəlinə dollar 2020-ci ildəki pik həddindən 11 faiz ucuzlaşıb. Ekspertlər dolların avro qarşısında ucuzlaşmasının davam edəcəyini və məzənnəsinin son 10 ildə ən aşağı həddə düşəcəyini gözləyirlər.

Xatırladaq ki, hələ avqust ayında Çin hökuməti əhalini qida məhsullarına qənatə etməyə çağırmışdı. Daha sonra mətbuatda Çinin bir sıra şəhərlərində əhalinin restoranlardan sifariş edəcəyi qida məhsullarının miqdarına məhdudiyyət qoyulacağına dair məlumatlar yayıldı. Məqsəd qida tullantılarının artmasının və qiymət bahalaşmasının qarşısını almaqdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153944

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930