ABŞ-ın büdcə kəsiri 200 mln dollar azalıb

12.09.2020 - 15:23

Bu ilin avqust ayında ABŞ federal hökumətinin büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 200 milyon ABŞ dolları və ya 0,1% azalaraq 200,1 milyard ABŞ dollara enib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyi büdcə balansı hesabatında açıqlayıb.

Məlumata görə, 2019-cu ilin oktyabrın 1-də başlayan və 2020-ci il sentyabrın 30-da yekunlaşacaq maliyyə ilinin oktyabr-avqust aylarında ümumi büdcə kəsiri isə 3 trilyon ABŞ dollara (illik müqayisədə 2,8 dəfə artıb) yüksəlib.

Bu ilin avqustunda hökumətin gəlirləri 2,1% azalaraq 223,2 milyard ABŞ dollara, xərcləri isə 1,2% azalaraq 423,3 milyard ABŞ dollara enib. 2020-ci maliyyə ilinin ilk 11 ayında isə hökumətin gəlirləri 3,04 trilyon ABŞ dolları (1,3% az), xərcləri isə 6,05 trilyon ABŞ dolları (45,7% çox) təşkil edib.

Qeyd edək ki, ABŞ Konqresinin Büdcə Ofisi (CBO) federal büdcə kəsirinin bu il 3,3trilyon ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırmışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154083

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930