“İİlin Dünya Avtomobili” adına namizədlərin ilkin siyahısı açıqlanıb

13.09.2020 - 10:41

Cari siyahıda Almaniya Audi A3, BMW 2 Series Gran Coupe, BMW 4 Series, Mercedes-Benz GLA və Volkswagen ID.4 modelləri ilə təmsil olunub. Koreya markaları Genesis G80, Hyundai Elantra/Avante, Hyundai i10/Grand i10, Hyundai i20, Kia K5/Optima, Kia Sonet və Kia Sorento ilə təmsil olunurlar. Yaponiya Honda Jazz / Fit, Honda e, Mazda MX-30, Nissan Rogue/X-Trail və eyni anda dörd Toyota modeli ilə təmsil olunub: Highlander, Sienna, Venza/Harrier və Yaris /Yaris Cross. Siyahıdakı yeganə amerikan avtomobili Ford Escape/Kuga krossoveridi. Citroen C4/e-C4, Seat Leon və Skoda Octavia da ilkin siyahıda yer alıblar.

Müsabiqənin qalibi 29 ölkəni təmsil edən 90 avtomobil jurnalistinin daxil olduğu münsiflər heyəti tərəfindən seçiləcəkdir. Müsabiqənin qalibi 2021-ci ilin yazında keçirilməsi planlaşdırılan Nyu-York avtosalonunda elan ediləcəkdir.

2021-ci ildə “İlin Dünya Avtomobili” adını bütün bazarlarda təmsil olunmayan bir modelin alması da mümkündür. Belə bir presedent artıq 2020-ci ildə olub – müsabiqənin qalibi yalnız ABŞ bazarında satılan Kia Telluride krossoveri qazanıb. Yeni siyahıda yer alan belə avtomobillərə misal kimi, Hindistan bazarında satılacaq Kia Sonet modelini, həmçinin Yaponiya, ABŞ və Kanadada satılan Toyota Harrier krossoverini göstərmək olar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154127

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031