Səud ailəsinin iki üzvü 11 Sentyabr terror hadisəsinə görə ifadə verməli olacaq

13.09.2020 - 14:58

Səudiyyə Ərəbistanının krallıq ailəsinin iki üzvü 2001-ci ilin sentyabr ayının 11-də baş verən terror hadisəsinə görə ABŞ məhkəməsinə ifadə verməli olacaqlar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ Federal məhkəməsinin hakimi Sara Netbern bununla bağlı xüsusi qərar çıxarıb. Sənəddə iki şahzadədən başqa, Səudiyyə Ərəbistanında vaxtilə yüksək vəzifələr tutmuş şəxslərin də yazılı izahatlarına baş vurulacağı göstərilib.

Mətbuat həmin şahzadələrdən birinin adını müəyyənlədirib. Söhbət 1983-2005-ci illərdə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri, 2005-ci ildən Milli təhlükəsizlik şurasının baş katibi, 2012-2014-cü illərdə Ümumi kəşfiyyat xidmətinin direktoru olmuş şahzadə Bəndər bin Sultan Əl-Səuddan gedir.

Prosesə iddiaçı tərəf olaraq daxil olan terror hadisəsinin qurbanlarının yaxınları, Səudiyyə Ərəbistanı agentlərinin Əl-Qaidə təşkilatı və onun lideri Usama bin Ladeni dəstəklədiklərini bildirirlər. İşlə əlaqədar onlar rəsmi ər-Riyaddan milyardlarla dollar təzminat tələb edirlər.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=154137

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930