“Tramp Navid Əfkarinin işində kömək etməyə çalışırdı” – Dana Uayt

13.09.2020 - 16:18

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uaytyunan-Roma güləşi üzrə bir neçə dəfə İran çempionu olmuş güləşçi 27 yaşlı Navid Əfkarinin məhkəmənin qərarı ilə edam edilməsi ilə bağlı fikirlərini bölüşüb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

UFC prezidentinin sözlərinə görə, o, İranda hökmün icraya yönəldilməsindən və beynəlxalq ictimaiyyətin xahişlərinə qulaq asılmamasından şoka düşüb.

“Təəssüf ki, mən hökmün icra edilməsindən şoka düşmüşəm. Mən Donald Trampa zəng etdim və ona vəziyyət haqqında danışdım. O, dedi ki, baxacaq görsün nə edə bilər. Bilirəm ki, prezident kömək etməyə çalışırdı”.

UFC prezidenti deyib ki, ABŞ prezidenti ilə yanaşı, digər nüfuzlu şəxslər də vəziyyəti dəyişdirməyə çalışıb:

“Əfkarinin işini böyük telekanalların işıqlandırdığını eşidirdim. Avropada və Yaxın Şərqdə bir çox insan bu haqda yazırdılar. Bilirəm, başqa nüfuzlu insanlar kömək etməyə çalışırdılar, amma… Bu kədərlidir. Mən kömək etməyə çalışırdım”, – Uayt “UFC Fight Night 177” yarışından sonrakı mətbuat konfransında deyib.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə bir neçə dəfə İran çempionu olmuş güləşçi 27 yaşlı Navid Əfkari dünən səhər saatlarında edam edilib. Onun edam edilməsi dövlət televiziyası vasitəsilə açıqlanıb. İranın Ali Məhkəməsi güləşçini 2018-ci ildə hökumət əleyhinə etirazlar zamanı mühafizəçini öldürməkdə təqsirləndirərək ona ölüm hökmü çıxarıb. Güləşçi isə öz növbəsində mühafizəçini öldürdüyünü işgəncə altında etiraf etdiyini və əslində cinayəti törətmədiyini bildirib.

ABŞ prezidenti Donald Tramp da İran hakimiyyətini bu addımdan çəkinməyə çağırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154167

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930