İraqın sabiq Baş naziri İrana səfər edib

14.09.2020 - 15:33

İraqın sabiq Baş naziri Nuri əl-Maliki İran rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana səfər edib. 

APA-nın Tehran bürosunun məlumatına görə, İraq parlamentində “Qanunun aliliyi” Koalisiyasının sədri Nuri əl-Malikinin səfəri zamanı İran İslam Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşü və məsləhətləşmələr aparması planlaşdırılır.

Səfərin təfərrüatları və Nuri əl-Malikinin Tehrana səfəri zamanı aparacağı danışıqların əsas mövzusu açıqlanmır.

N. əl-Maliki şiə siyasətçi və İraqın “Dəvət” partiyasının lideridir. O, 2006-2014-cü illərdə İraqın Baş naziri olub.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=154228

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930