Suda və qidada koronavirus tapıldı – Ölüm evimizin içində

15.09.2020 - 14:57

Rusiyanın müxtəlif bölgələrində su və qida məhsullarında koronavirus (red. 46 belə hal aşkarlanıb) aşkar edilib.

Sfera.az TASS-a istinadla xəbər verir ki, bunusentyabrın 15-i Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında xidmətin rəhbəri Anna Popova bildirib.

2020-ci ilin 3 sentyabrından Rusiyanın bütün bölgələrində su və qida məhsullarında koronavirus infeksiyasının mövcuddluğuna dair araşdırmalara başlanıb.

 

Bu məqsədlə “Vektor” mərkəzi tərəfindən hazırlanmış metodikadan istifadə edilir, həm içməli, həm də çirkab su nümunələri götürülür.

Popovanın sözlərinə görə, Rusiyada xəstələrin yarıdan çoxu koronavirus infeksiyasını ya heç bir əlamət olmadan, ya da yüngül formada keçirir. Bununla belə, Rusiya əhalisinin COVİD-19 testindən keçirilməsi üzrə dünya ölkələri arasında liderlərdən biridir.

 

“Bu günə qədər 40 milyondan çox test keçirilib. Bu isə o deməkdir ki, 1 milyon əhaliyə 280 min test düşür”,-deyə Popova qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154283

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930