Navalnı komadan ayıldıqdan sonra sosial şəbəkədə ilk statusunu yazdı

15.09.2020 - 15:07

Rusiya müxalifətinin lideri Aleksey Navalnı bu gün komadan ayıldıqdan sonra sosial şəbəkədə ilk statusunu yazıb.

Musavat.com xəbər verir ki, o, statusunda aşağıdakıları bildirib:
“Salam, bu, Navalnıdır. Sizlər üçün çox darıxıram. Hələ ki, heç nə edə bilmirəm, lakin artıq dünəndən özüm (aparatsız) nəfəs almağa başlamışam. Heç bir xarici kömək olmadan, boğazıma hər hansı nəfəs aparatı qoşulmadan…Bu çox xoş, möcüzəli hissdir. Sizə də məsləhət görürəm”,-deyə Aleksey Navalnının” statusunda bildirilir.

Qeyd edək ki, hazırda rusiyalı siyasətçi Almaniyanın “Şarite” klinikasında müalicəsini davam etdirir.

Xatırladaq ki, bu il avqustun 20-də Aleksey Navalnı Tomsk-Moskva təyyarəsi ilə səyahət edərkən halı qəfildən pisləşib, nəticədə, təyyarə yerə enməyə məcbur olub.

Almaniya hökuməti 3 müstəqil laboratoriyanın analizlərinə əsaslanaraq Aleksey Navalnını qanında siyasi sui-qəsdlərdə istifadə olunan “Noviçok” zəhərinin tapıldığını bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154293

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930