İtalyanlar Netanyahunun namizədliyini Nobel mükafatına irəli sürüblər

16.09.2020 - 15:48

İtaliya parlamentində yer alan “Şimal liqası” partiyasından deputat Paolo Qrimoldi İsrail baş naziri Benyamin Netanyahunun namizədliyini Nobel mükafatına irəli sürüb.

Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” qəzetində məlumat yayılıb.

P.Qrimoldi İsrail baş nazirinin Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn kimi dövlətlərlə saziş imzalamaqla, habelə, Səudiyyə Ərəbistanı ilə dialoqa girməklə, Yaxın Şərqdə sülhün bərqərar olmasına böyük töhfə verdiyini iddia edib. Üstəlik, onun sayəsində səudiyyəlilər öz hava məkanlarını İsrail dövlətinin təyyarələrinə açıb. “Bütün bu nailiyyətlər cəmi bir neçə ay bundan qabaq mümkün görünmürdü. Buna görə də Benyamin Netanyahu Nobel mükafatına layiq bir adamdır”,-deyə italiyalı siyasətçi bildirib.

Qeyd edək ki, İsrail baş nazirinin bu məsələdə ən böyük rəqibi ABŞ prezidenti Donald Tramp sayıla bilər. İsveç parlamentinin üzvü Maqnus Yakobsson ABŞ prezidentini Serbiya və Kosovo arasında sazişin imzalanmasında, norveçli deputat Kristian Tübrinq-Yedde isə onun İsraillə ərəb ölkələri arasında diplomatik münasibətlərin qurulmasında vasitəçilik roluna görə, namizədlər sırasında göstərib.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=154378

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930