Navalnının komandası onun oteldə zəhərləndiyini iddia edir

17.09.2020 - 15:36

Rusiyalı müxalifətçi Aleksey Navalnının “Noviçok” maddəsi ilə zəhərlənməsi hadisəsinin Tomsk hava limanında deyil, qaldığı oteldə gerçəkləşdiyi iddia olunur.

Musavat.com xəbər verir ki, bu barədə Azadlıq radiosunun Rusiya bölməsi (Radio Svoboda) məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, müxalif siyasətçinin zəhərlənməsi və Omsk xəstəxanasına çatdırılmasından sonra tərəfdarları onun qaldığı “Xander” otelinə gedərək, burada araşdırma aparıblar. Həmin vaxt onlar otel otağındakı təhqiqatı videolentə də alıblar. Burada onların diqqətini “Svyatoy istoçnik” markalı plastik butulkadakı su  cəlb edib.

Məhz həmin butulkadakı suda “Noviçok” maddəsinin tapılması alman laboratoriyalar tərəfindən təsdiqlənib. Aleksey Navalnı həmin suyu nə zaman içdiyini xatırlamır. “Noviçok” zəhərinin hazırlayanlardan, hazırda mühacirətdə olan Vladimir Uqlev müxalif siyasətçinin daha öncə zəhərləndiyini güman edir. V.Uqlevin fikrincə, əgər zəhər orqanizmə su ilə daxil olsaydı, artıq bir dəqiqədən sonra Aleksey Navalnıda qıcolma baş verərdi. V.Uqlev rusiyalı müxalifətçinin ölüm dozasının 20%-nə qədərini qəbul etdiyini, maddənin isə dəridən, öz paltarından keçməsini güman etdiyini söyləyib.

“Der Spiegel” jurnalı da Almaniya ordusuna aid Farmokologiya və toksikologiya institutunun ekspertlərinin Aleksey Navalnının dərsində “Noviçok”un izlərini aşkarladıqlarını yazmışdı.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=154443

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930