Rusiya Dövlət Duması Dağlıq Qarabağda vəziyyətə dair bəyanat qəbul edib

29.09.2020 - 15:11

Rusiya Dövlət Dumasının bu gün keçirilən plenar iclasında Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı hərbi əməliyyatların dayandırılmasına və münaqişənin sülh yolu ilə nizamlanması üçün vasitəçilik edilməsinə dair hazırlanmış bəyanat layihəsinə baxılıb.

 

İnterAz-ın xəbərinə görə, Dumanın MDB üzrə Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsi tərəfindən hazırlanan bəyanat layihəsi səsə qoyularaq qəbul edilib.

 

Bəyanatda münaqişə zonasında çoxsaylı insan ölümünə səbəb olan vəziyyətin kəskin gərginləşməsindən ciddi narahatlıq əksini tapıb, tərəflərin güc tətbiq etməsi kəskin şəkildə qınanılıb: “Dövlət Duması dərhal atəşkəsə ehtiyac olduğunu, bölgədə qarşıdurmanın artmasının qarşısının alınmasını və vəziyyətin sülh yolu ilə həllinə alternativ olmadığını elan etmək niyyətindədir. Dövlət Dumasının deputatları tərəfləri danışıqlar prosesinə ən qısa müddətdə qayıtmağa çağırır, vəziyyəti sabitləşdirmək üçün vasitəçilik göstərməyə hazırdır olduqlarını bildirirlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155082

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930