Pandemiya dünyanı yenidən özünütəcridə aparır

31.10.2020 - 10:33

Azərbaycanda sərt karantinə qayıdılsa, biznesə və əhaliyə dəstək olacaqmı? İqtisadçı: “İndiki şəraitdə həm biznesin, həm də əhalinin hökumətdən əsas gözləntisi torpaqların işğaldan tam azad edilməsi yönündə olmalıdır…”

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində beynəlxalq və yerli təşkilatlar birlikdə exit-poll keçiriblər. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ABŞ-ın “Arthur J. Finkelstein & Associates”-“AJF&Associates İnc.” təşkilatı ilə birgə, “İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu və RƏY Monitorinq Mərkəzi exit poll keçiriblər. Exit-pollun nəticələri açıqlanıb. Açıqlanan nəticələrlə Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələr arasında ciddi bir fərq olmayıb.

Koronavirus pandemiyasının ikinci dalğası Avropanın ən böyük ölkələrini yenidən sərt məhdudiyyətlərə getməyə məcbur edir. Avropa İttifaqı ölkələrinin dövlət başçılarının oktyabrın 29-da keçirilən videogörüşündə məsələ geniş şəkildə müzakirə olunub. Dövlət başçıları bir sıra istiqamətlərdə birgə fəaliyyət göstərməyə qərar veriblər.

Bura xəstəliklə mübarizə vəziyyətinə dair məlumatların Avropa Xəstəliklərə Nəzarət Mərkəzi üzərindən  mübadiləsi(Avropa Komissiyası xəstələrin sərhədlərdən daşınması üçün 220 milyon avro ayırıb), analiz və təcrübələrin mübadiləsi, koronavirusunyayılmasının qarşısını almaq üçün kütləvi testləşmənin aparılması, peyvəndləmənin əsas prioritet olaraq ön planda saxlanması aiddir.

Dünyada koronavirusa yoluxanların sayı 45 milyonu, ondan ölənlərin sayı isə 1,2 milyonu keçib. Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya öndə gedir.

Avropada yoluxma sayı ən çox Böyük Britaniya, Fransa, Belçika, Niderland, İspaniya, İsveçrədə qeydə alınıb. Ötən həftədən etibarən Çexiya və İrlandiya sərt karantin tədbirlərinə başlayıb. Rumıniyanın bir sıra əyalətlərində də bütün kütləvi tədbirlər ləğv edilir, məktəblər, restoran və kinoteatrlar bağlanır. İki gün əvvəl Almaniya kansleri AngelaMerkel bəyan edib ki, vəziyyət belə davam edərsə, yaxın bir neçə həftə ərzində ölkənin səhiyyə sistemi kollaps yaşaya bilər. Buna görə də noyabrın 2-dən ölkədə 1 aylıq sərt karantin rejimi elan olundu.

Fransa, İspaniya, Belçika, İtaliya əksər ərazilərdə komendant saatı elan ediblər. Oktyabrın 30-dan Fransa yenidən özünütəcrid rejiminə qayıdıb. Xəstə sayının sürətlə artması İsveçrə və Argentinada da səhiyyə sistemini çətin vəziyyətə salıb. Əksər analitik mərkəzlər ikinci dalğanın 1-2 ay ərzində aradan qalxmayacağı təqdirdə dünya iqtisadiyyatındakı böhranın qarşısıalınmaz hala gələcəyini proqnozlaşdırırlar.

Tokio olimpiadasının pandemiya şəraitində keçirilməsi planı razılaşdırıldı  » Sportnet.az

Qeyd edək ki, bu ilin 3-cü rübündə dünyanın 3 əsas iqtisadi mərkəzində -ABŞ, Çin və Avropada üçüncü rübün nəticələri çox ümidvericidir. Belə ki, Çində gündəlik yoluxma 25-30 arasında dəyişir. Cari ilin üçüncü rübünün yekununa əsasən Çində Ümumi Daxil Məhsul istehsalı 4,9 faiz artıb. Bu, ikinci rübdəki 3,2 faizlik artımdan 1,7faiz bəndi yüksək göstəricidir. Üç rübün yekununda Çin iqtisadiyyatında 0,7 faizlik artım qeydə alınıb ki, bu, hələlik dünyada ən yüksək göstəricidir. Ölkə rəhbərliyi pandemiyanın tamamilə nəzarət altına alındığını və onun təkrar genişlənməsinə imkan verilməyəcəyini bəyan edib.

Maraqlıdır ki, pandemiyanın genişlənməsinə rəğmən, ABŞ iqtisadiyyatında da 3-cü rübün nəticələri gözlənildiyindən yüksək olub.

Rəsmi statistik məlumatlara əsasən 2020-ci ilin 3-cü rübündə ABŞ iqtisadiyyatında 33,1 faiz artım qeydə alınıb. Bu, bütün proqnozlardan daha yüksək göstəricidir. Bundan əlavə, ABŞ-da son həftədə işsizliyə görə müavinət üçün ilk dəfə müraciət edənlərin sayı da azalıb.

Koronavirusa yoluxma hallarının rekord həcmdə artmasından dolayı eniş yaşanan fond bazarlarında iqtisadi artım göstəriciləri açıqlanandan sonra yüksəliş müşahidə olunmaqdadır. Lakin analitiklər hesab edirlər ki, yoluxmanın gündəlik 71 min nəfərdən yuxarı olması, həmçinin gözlənilən seçkilər üzündən iqtisadiyyata yeni dəstək proqramlarının hazırlanmaması nəticəsində ABŞ-da yenidən iqtisadi göstəricilərin pisləşməsi baş verə bilər.

Bu ilin üçüncü rübündə Avozonada da  ÜDM əvvəlki rüblə müqayisədə 12,7 faiz artıb. Bu, 1985-ci ildən bəri Avrozona statistikası tarixində qeydə alınan ən kəskin rüblük artımdır. “Eurostat”ın verdiyi məlumata görə, ötən ilin eyni rübü ilə müqayisədə Avrozona iqtisadiyyatı 4,3 faiz azalıb. Xatırladaq ki, cari ilin ikinci rübündə Avrozonada ÜDM illik müqayisədə 14,9 faiz, birinci rübdə isə 13,9 faiz azalıb(APA).

Qeyd edilir ki, COVID-19 pandemiyası ilə bağlı olan məhdudlaşdırıcı tədbirlərinin qaldırılması üçüncü rübdə iqtisadi artıma təkan versə də, virusun yenidən yayılması və bir çox Avropa ölkəsinin yenidən sərt karantin qaydalarına qayıtması potensial iqtisadi artıma kölgə salır.

Azərbaycanda yenidən sərt karantinin tətbiqi məqsədəuyğundurmu?

Qeyd edək ki, Azərbaycanda da koronavirusun yayılması yenidən sürətlənib. Artıq gündəlik yoluxma sayı mini ötüb. Ölkədə yenidən sərt karantin tədbirlərinə qayıdılması təklifləri səsləndirilməkdədir. Buna gedilərsə, Azərbaycanda biznesin və əhalinin dəstəklənməsi üçün əlavə proqramların həyata keçirilməsinə ehtiyac yaranacaqmı? İkinci dalğa ölkəmizə nə qədər ağır təsir edə bilər?

Beynəlxalq Valyuta Fondunun (IMF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurun (JihadAzour) sözlərinə görə, koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində neft və qazın qiymətlərində ciddi volatililikmüşahidə olunub: “Əgər biz fikir versək, görərik ki, virusun yayılması iqtisadiyyata çoxşaxəli təsir edib. Misal üçün sosial məsafə saxlanması və yaxud bu kimi başqa tələblər də iqtisadiyyata təsir edən mənfi amillərdən oldu. 7-8 ay əvvələ fikir versək, görərik ki, bu regionda olan ölkələrin çoxu pandemiyaya hazır deyildilər, həmçinin onların çoxu 2014-2015-ci illərdə daha bir iqtisadi şokla qarşılaşmışdılar”.

IMF rəsmisi Azərbaycanın pandemiya ilə mübarizədə daha böyük imkanları olduğunu qeyd edib:“Əlbəttə, regiondakı digər ölkələrlə müqayisədə Azərbaycan və Qazaxıstan kimi ölkələr iqtisadiyyata əlavə dəstək vermək üçün əhəmiyyətli buferə malikdir. Hansı ki, onlar artıq iqtisadi şokları idarə etmək üçün bir çox alətlərdən istifadə ediblər. Bura həm monetar, həm də fiskal addımlar daxildir”.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, sosial təcrid tədbirlərinə qayıdılması ehtimalı artdıqca iqtisadiyyata əlavə dəstək verilməsi zərurətinin yaranması riskləri də artır: “Əgər yenidən sərt məhdudiyyətlərə gediləcəksə, biznesin fəaliyyət imkanları daralacaq, istehsal və gəlir, dövriyyə azalacaq, dəyər zəncirində fasilələr yaranacaq. Eyni zamanda təbii ki, əmək bazarında da tələb aşağı düşəcək, əhalinin gəlirlərində azalma baş verəcək. Amma nəzərə almaq lazımdır ki, indi Azərbaycan iki istiqamətdə mübarizə aparır. Birinci istiqamət torpaqlarımızın işğaldan azad olunmasıdır – bu istiqamətdə böyük uğurlar əldə olunur. Və bunun üçün həyata keçirilən əməliyyatların maliyyə yükü də var. İkinci istiqamət pandemiyadır – bu sahədə də dövlətin üzərinə ciddi yük düşür. Bu baxımdan, indiki şərtlər daxilində hökumət sosial karantin tədbirlərinə gedəcəksə, müəyyən dəstək paketlərini də açıqlamalı olacaq”.

Ekspertin fikrincə, pandemiyaya görə müəyyən çətinliklər yaransa belə, həm biznes, həm də əhali dövlətin vəziyyətini nəzərə almalıdır: “Bu baxımdan, düşünürəm ki, indiki şəraitdə həm biznesin, həm də əhalinin hökumətdən əsas gözləntisi pandemiyadan çəkdiyi zərərin kompensasiya edilməsi deyil, hərbi meydanda uğurların əldə olunması, torpaqların işğaldan tam azad edilməsi yönündə olmalıdır. Yəni əgər dövlət gücünü antiterror əməliyyatlarının daha yüksək səviyyədə təşkilinə yönəldəcəksə, dəstək proqramları əvvəlki həcmlərdə, əvvəlki əhatədə olmasa belə, əhali də, biznes də bunu başa düşəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156761

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30