cumhuriyyet.net
Gürcüstanda daha bir nazir özünü təcrid edib • Cumhuriyyət
Gürcüstanın təhsil naziri Mxeil Çxenkeli özünü cəmiyyətdən təcrid edib. “Report”un yerli bürosu xəbər verir ki, nazirin ailə üzvündə koronavirus aşkarlanıb. Hazırda M.Çxenkelidə COVID-19-a xas simptomlar müşahidə olunmur və o, özünü yaxşı hiss edir. Qeyd edək ki, ölkənin iqtisadiyyat naziri Natia Turnava ötən gündən özünütəcrid rejiminə keçib.
nesimi