Özbəkistanın xəbər portalı: Ermənilər ədalətin tərəfində olan mətbuat orqanlarını təhdid edirlər

08.11.2020 - 10:29

Özbəkistanin “interpress.uz” xəbər portalı rus dilində “Ermənilər obyektivliyə qarşı: İndi onlar İtaliyanın “La Repubblica” qəzetini təhdid edir” sərlövhəli məqalə çap edib.

AZƏRTAC xəbər verir ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə alan İtaliyanın “La Repubblica” qəzeti və jurnalist Peitro Del Renin İtaliyada yaşayan erməni lobbisinin təhqir və təhdidləri ilə üzləşib.

Jurnalistin “Cənab Prezident, Siz artıq qələbəni dadmısınız” sualına Azərbaycan Prezidenti İlham Əliyevin bu cavabı ermənilərin xoşuna gəlməyib: “Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub. Lakin əfsuslar olsun ki, bu, hər hansı əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik”.

Portal bildirir ki, bundan əvvəl Fransada yaşayan erməni lobbisi “TF1” televiziya kanalının jurnalisti Liseron Budulu Azərbaycan Ordusunun uğurları ilə bağlı reportajına görə təhdid edib. Ermənilər sosial şəbəkələrdə telekanala və jurnalistə hədə-qorxu gəliblər.

Sayt yazır ki, Azərbaycan Silahlı Qüvvələrinin uğurlarından bəhs edən, Azərbaycan Prezidentindən müsahibələr alan KİV-lər ermənilərin təhqir və təhdidlərinə məruz qalır.

Məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156999

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30