Lavrov: “ABŞ Qarabağa dair üçtərəfli bəyanatla bağlı məlumatlandırılıb”

17.11.2020 - 15:57

ABŞ Dövlət Departamentinin Qarabağ razılaşmasının detalları haqqında məlumatlandırmağın vacibliyi haqqında bəyanatını eşitmək qəribədir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Mauerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Mənim üçün bunu eşitmək qəribə idi. Düzünü desək, hesab edirəm ki, bu cür bəyanatlar bu bəyanatları yayanın ya kifayət qədər məlumatlı olmadığını əks etdirir, ya da sadəcə olaraq anlaşılmazlığın nəticəsidir”,  deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov ABŞ tərəfinin dövlət katibinin müavini səviyyəsində hər şey haqqında məlumatlandırıldığını da qeyd edib: “Bundan başqa, Rusiya əvvəldən Minsk Qrupunun həmsədrləri ilə, hansı ki, bura ABŞ da daxildir, sıx çalışıb. Son on gündə Qarabağ mövzusu iki dəfə Rusiya və Fransa prezidentləri ilə müzakirə olunub. Bir saata yaxın da mən fransalı həmkarımla müzakirə aparmışam”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157377

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930