Polşa rəsmisi: “Bəzi üzv dövlətlərin davranışı Avropa İttifaqını dağıdacaq”

19.11.2020 - 16:03

“Qərb dövlətlərinin davranışı Avropa İttifaqının dağılmasına gətirib çıxaracaq”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Polşa Baş naziri administrasiyasının başçısı Mixail Dvorçik yerli radioya müsahibəsində bildirib.

“Doğrusu, biz yalnız traktatların, qaydaların və münasibətlərin qorunması uğrunda mübarizə aparmırıq, biz həm də Avropa İttifaqının gələcəkdə mövcud olması təhlükələrinin aradan qaldırılması uğrunda fəaliyyət göstəririk. Bizim qonşuluqdakı bəzi qərb dövlətlərinin davranışı Avropa İttifaqının gec, ya tez dağılacağını ehtimal etməyə təəssüf ki, əsas verir”, – o vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Macarıstan koronavirus pandemiyasının izlərinin aradan qaldırılması müddətinin uzadılması üçün 2021-2027-ci illər üzrə Avropa İttifaqının büdcəsində nəzərdə tutulan ayırmaya, eləcə də əlavə fonda veto qoyub. Macarıstanın bu addımını Sloveniya da dəstəkləyib. Polşada bu addımı atacağını bildirib. Bu dövlətlərin qənaətincə, Avropa İttifaqında maliyyə ayırması zamanı ayrı-ayrı dövlətlərin maraqları qanunun aliliyindən üstün tutulur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157496

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930